Mauren Loggi: "Azərbaycan bazarında oyuncaqların təhlükəsizliyi istehsalçılara yeni imkanlar verəcək" MÜSAHİBƏ
Nazirlər Kabinetinin 343 saylı qərarına əsasən, uşaq oyuncaqları Azərbaycan bazarına daxil olmazdan öncə sertifikatlaşdırılmalıdır. Uşaq oyuncağı alan zaman mağazadan onun gigiyenik və məişət sertifikatını tələb etmək lazımdır. Yəni oyuncaqlar bazara daxil olmazdan əvvəl keyfiyyət sertifikatı almalıdır. Bəs görəsən, bu sahədə vəziyyət necədir və oyuncaqların təhlükəsizliyini təmin etmək üçün hansı tədbirlər görülür?
“vergiler.az”ın suallarına Belçikanın İqtisadiyyat Nazirliyinin Keyfiyyət və Təhlükəsizlik üzrə Baş Direktoru, Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının (EA) Prezidenti Mauren Loggi cavab verir.














