30 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gülminə Məlikzadə: “Azərbaycan Bacarıqlar Akseleratoru” ixtisaslaşmış kadrların hazırlanmasını hədəfləyir”

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) Dünya İqtisadi Forumu (DİF) ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi “Azərbaycan Bacarıqlar Akseleratoru” proqramı ölkənin əmək bazarında mövcud və gələcək bacarıq tələblərini müəyyənləşdirməyə, eyni zamanda bu sahədə cari boşluqları aradan qaldırmağa yönəlib. 4SİM-in Layihələrin idarəolunması şöbəsinin rəhbəri Gülminə Məlikzadə “vergiler.az”a müsahibəsində proqramın əsas hədəfləri, tətbiq olunan yanaşmalar və gözləntilərdən danışıb. 

- Gülminə xanım, “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsi hansı ehtiyacdan yaranıb və bu təşəbbüs əmək bazarına hansı dəyişiklikləri gətirəcək?

- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Dünya İqtisadi Forumunun Bacarıqlar Akseleratoru Şəbəkəsi (Skills Accelerator Network) arasında tərəfdaşlıq çərçivəsində ölkəmizdə bacarıqların yenilənməsinə yönəlmiş “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinə start verilib.

“Bacarıqlar Akseleratoru” (Skills Accelerator) – DİF-in Yeni İqtisadiyyat və Cəmiyyət Mərkəzi tərəfindən həyata keçirilən qlobal dövlət-özəl əməkdaşlıq platformasıdır. DİF-in Azərbaycanın da qoşulduğu Qlobal Bacarıqlar Akseleratorlar Şəbəkəsi hazırda 35 ölkədə fəaliyyət göstərərək müxtəlif sektorlar arasında əməkdaşlığı təşviq edir, əmək bazarının tələblərinə uyğun bacarıqlar formalaşdırır, innovativ həllərdən istifadənin miqyasını genişləndirir.

Layihə dövlət və özəl sektorun birgə fəaliyyətini gücləndirərək müasir bacarıqlar ekosisteminin qurulmasını və sahibkarların ehtiyaclarına uyğun ixtisaslaşmış kadrların hazırlanmasını hədəfləyir. Akselerator innovativ təlim həlləri vasitəsilə insanların dəyişən əmək bazarına uyğun daha sürətli və praktik bacarıqlar qazanmasına, qısa müddətdə ixtisaslaşmasına və məşğulluq imkanlarını artırmasına şərait yaradır. Niyyətimiz real sektorun tələblərinə cavab verən, rəqabətqabiliyyətli və müasir bacarıqlara malik işçi qüvvəsinin formalaşdırılmasına töhfə verməkdir.

Ölkəmizdə təşəbbüsün icrası 4SİM tərəfindən koordinasiya olunur. Layihənin Azərbaycan üzrə həmsədrləri iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və “PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımovdur.

DİF isə öz növbəsində yerli koordinatorla sıx əməkdaşlıq edərək layihənin qurulması və icrası üçün zəruri alətlər və resurslar təqdim edir. DİF layihə çərçivəsində sistem analizi, fəaliyyət planı və digər əsas sənədlərin hazırlanmasına texniki dəstək göstərir.

Eyni zamanda, layihə üzrə nəticələrin ölçülməsi, irəliləyişin izlənməsi və götürülmüş öhdəliklər barədə məlumatların toplanması prosesində yerli koordinatora dəstək verir. Layihə çərçivəsində əldə olunan nəticələr, təcrübələr və uğur hekayələrinin DİF-in qlobal platformalarında paylaşılması təmin olunur. Bununla yanaşı, yerli koordinator DİF-in platformasında mövcud olan faydalı məlumatlarla və ən yaxşı beynəlxalq təcrübələrlə mütəmadi şəkildə təmin edilir.

- “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsi kimləri əhatə edəcək?

- “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsi çərçivəsində 100-ə qədər yerli özəl müəssisənin üzv qismində iştirakı nəzərdə tutulur. Layihə üzrə fəaliyyətlərin həmin şirkətlərin real ehtiyacları əsasında formalaşdırılması əsas məqsəd kimi müəyyənləşdirilib. Ölkə üzrə mövcud bacarıq boşluqları və əsas problemlər müəyyən edildikdən sonra həmsədrlərin rəhbərliyi ilə onların aradan qaldırılmasına yönəlmiş fəaliyyət planı hazırlanacaq və bu planın icrasını təmin etmək üçün xüsusi işçi qrupu yaradılacaq.

Bu təşəbbüsdə əsas niyyətimiz ölkədə rəqabətqabiliyyətli və müasir bacarıqlara malik insan kapitalının formalaşmasına nail olmaqdır.

- Regionlarda yaşayan gənclərin bacarıqlarının inkişafı və əmək bazarına çıxışı baxımından hansı imkanlar var?

- Layihə ölkə üzrə bacarıq boşluqlarının müəyyənləşdirilməsinə əsaslandığından, regionda yaşayan gənclərin də prosesə cəlbi prioritet məsələdir. Təlim modullarının həm paytaxtda, həm də regionlarda fəaliyyət göstərən müəssisələrin ehtiyaclarına uyğun hazırlanması planlaşdırılır. Rəqəmsal təlim formatları vasitəsilə region gəncləri üçün daha geniş iştirak imkanları nəzərdən keçirilir. Bir sözlə, bu layihə regionlarda da insan kapitalının inkişafını dəstəkləməyi və onların əmək bazarına çıxışını sürətləndirməyi hədəfləyir.

Faiq KƏRİMOĞLU

VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur?