Yükdaşıma sektorunda 8%-lik sadələşdirilmiş verginin tətbiqi hüququnun verilməsi təklif olunur
Ölkədaxili yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə gəlirlərinin vergiyə cəlb edilməsində 5 il müddətinə alternativ olaraq 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin tətbiqi hüququnun verilməsi təklif olunur.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı deyib.
DVX rəisi bildirib ki, bu təklif sahibkarlıq subyektləri ilə aparılan müzakirələrin nəticəsi olaraq irəli sürülüb.
O, həmçinin qeyd edib ki, kapital bazarlarının inkişafının dəstəklənməsi cari ildə də vergi siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Bu istiqamətdə səhm və istiqraz bazarlarının inkişafını stimullaşdıran vergi təşviqlərinin tətbiqi siyasəti davam etdiriləcək.
