Fiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər?
Vergi ödəyicisi olub-olmadığım barədə məlumatı necə əldə edə bilərəm?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, vətəndaşlar “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə müvafiq məlumatı əldə edə bilərlər.
https://new.e-taxes.gov.az/etaxes/services/taxpayer-info
Qeyd olunub ki, “Ada görə” axtarış zamanı adınızda hərf səhvi olmamalıdır. Adınızın hər bir hərfi böyük hərflərlə yazılmalıdır. Hər ad özünə uyğun bölmədə yazılmalıdır. Məsələn, “ƏLİ - ƏLİYEV – ƏKBƏR”
