25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Gözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü?

Gözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü?

Salonda saçımı kəşdirib 40 manat ödəniş etmişəm. Mənə verilən çekə görə ƏDV-nin bir hissəsi geri qaytarılmır. Bərbər bildirir ki, o, sabit qəbzlə işləyir, ona görə də ƏDV qaytarılmır. Məsələyə aydınlıq gətirməyinizi xahiş edirəm.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması mexanizminin tətbiq edildiyi ödənişlərə bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə edilən ödənişlər əlavə edilib.

Belə ki, 2026-cı il yanvarın 1-dən ƏDV qeydiyyatında olan bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi fiziki şəxs olan istehlakçılara geri qaytarılır.

Bildirilib ki, fərdi qaydada muzdlu işçi cəlb etmədən bərbər fəaliyyəti göstərib gəlir əldə edən şəxslər vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirirlər.

Sorğuya əsasən, bərbər xidməti göstərən fərdi sahibkar ƏDV qeydiyyatında olmadığı halda, apardığı əməliyyatlar ƏDV-yə cəlb olunmur və bu zaman ƏDV-nin geri qaytarılması mexanizmi tətbiq edilmir.

Həmçinin, müraciətdə qeyd olunan məsələ araşdırma tələb etdiyindən, sualla bağlı ətraflı məlumat təqdim edərək Çağrı Mərkəzinə (195-1), xidmət mərkəzlərinə və ya Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin "Müraciətlər" bölməsində "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsinə müraciət etmək tövsiyə olunur:

https://www.taxes.gov.az/az/page/dovlet-vergi-xidmetine-muraciet

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?