20 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
DVX-nin rəis müavini Emil Qarayev Dövlət – Biznes Əməkdaşlığı Forumunda iştirak edib

DVX-nin rəis müavini Emil Qarayev Dövlət – Biznes Əməkdaşlığı Forumunda iştirak edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev Məşğulluq Həftəsi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Dövlət – Biznes Əməkdaşlığı Forumunda iştirak edib. “İmkanlar və inam” devizi altında təşkil olunan forum dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, işəgötürənlərlə dövlət qurumlarının birbaşa dialoqunun inkişaf etdirilməsi, eləcə də biznes subyektlərinin dövlət dəstəyi mexanizmləri və təşviq alətləri barədə məlumatlılığının artırılması məqsədi daşıyıb.

Forum çərçivəsində keçirilən “İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları” mövzusunda panel müzakirəsində Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev spiker qismində çıxış edib. Emil Qarayev bildirib ki, Dövlət Vergi Xidməti yalnız vergi inzibatçılığını həyata keçirən qurum deyil, eyni zamanda biznesin etibarlı tərəfdaşı kimi çıxış edir. Bu istiqamətdə sahibkarlar, biznes assosiasiyaları və müxtəlif sahələri təmsil edən işəgötürənlərlə mütəmadi görüşlər keçirilir, onların təklifləri dinlənilir və aidiyyəti üzrə qiymətləndirilir.

Emil Qarayev vergilərin hesablanması və ödənilməsi ilə bağlı öhdəliklərin icrası zamanı dövlət dəstəyi mexanizmlərinin mümkün qədər sadə və prosedur baxımından əlçatan olmasının vacibliyini vurğulayıb. O, vergi borclarının ödənilməsinin təxirə salınması mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də az məbləğli borclar üzrə müvafiq dəstək alətlərinin avtomatik tətbiqi istiqamətində işlərin aparıldığını qeyd edib.

Emil Qarayev bildirib ki, biznesin inkişafı və genişlənməsi prosesi qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməlidir. Bu məqsədlə vergi ödəyicilərinin risk dərəcələrinin qiymətləndirilməsinə əsaslanan “skorinq” mexanizminin tətbiqi nəzərdə tutulur. Eyni zamanda, biznes subyektlərinin mövcud imkanlardan yararlanaraq qanunvericiliyin tələblərinə əməl etmələrinin vacibliyi diqqətə çatdırılıb.

Rəis müavini elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, hesabatlılıq prosedurlarının sadələşdirilməsi, məlumatlandırma və xidmət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən də danışıb. Bildirib ki, bu tədbirlər həm vergi inzibatçılığının səmərəliliyinin artırılmasına, həm də sahibkarların inzibati yükünün azaldılmasına xidmət edir.

Panel müzakirəsi iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?