2 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pyotr Petrovski: “Belarus Qarabağın bərpasında fəal iştirak etmək niyyətindədir” MÜSAHİBƏ

Belarusla Azərbaycan arasında iqtisadi əməkdaşlıq qarşılıqlı maraq doğuran bütün sahələrdə dostluq və etimad xarakteri ilə səciyyələnən açıq, davamlı, uzunmüddətli qarşılıqlı faydalı tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəsinə yüksəlib. “vergiler.az”ın suallarına belaruslu ekspert Pyotr Petrovski cavab verir.

- Cənab Petrovski, Belarusla Azərbaycan arasında iqtisadi əlaqələrin hazırkı mənzərəsini necə səciyyələndirə bilərsiniz?

- Bu gün Azərbaycan Belarusun Cənubi Qafqazda aparıcı ticarət tərəfdaşlarından biridir. Üstəlik, Azərbaycanın rəsmi Minsk üçün strateji tərəfdaş kimi xüsusi statusu var. İki ölkənin liderləri - Aleksandr Lukaşenko və İlham Əliyev arasında dostluq əlaqələrləri ilə yanaşı, dövlətlərimizin bir-birini tamamlayan iqtisadiyyatları var.

Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütün
Avrasiyada ən güclü enerji mərkəzlərindən biri olduğu
kimi, Belarus da yüksək texnologiyalı sənayesi ilə məşhurdur.

Hər iki ölkə coğrafiyanın özəlliklərinə görə rəqabət aparmayan, əksinə, bir-birini tamamlayan kənd təsərrüfatı texnologiyalarını inkişaf etdirib. Ona görə də təəccüblü deyil ki, qlobal geosiyasi gərginliyə, sanksiyalar qarşıdurmasına baxmayaraq, Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi azalmır, əksinə, artaraq 1 milyard dollar həddinə yaxınlaşır.

- Ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasına hansı amillər təsir edir?

- Təbii ki, burada iqtisadiyyatlarımızın bir-birini tamamlayan obyektiv amilləri əsas rol oynayır. Azərbaycan bazarında Belarus mallarına, Belarus bazarında isə Azərbaycan mallarına tələbat var. Hər iki ölkədə fəaliyyət göstərən ticarət evləri öz ölkələrinin mallarını güzəştli şərtlərlə tədarük edir.

Minskdə Azərbaycanın ticarət evi 2017-ci ildən fəaliyyət göstərir və
ona ərzaq məhsullarının tədarükü üçün güzəştli rejim tətbiq olunur.

Vurğulamaq lazımdır ki, maşınqayırma sahəsində Gəncə Maşınqayırma Zavodu kimi müştərək müəssisələrimiz var. Bununla belə, iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlavə imkanlar var.

- Sizcə, bu gün Azərbaycan-Belarus işgüzar əlaqələrinin möhkəmlənməsində hansı amillər rol oynaya bilər?

- Bir tərəfdən, beynəlxalq münasibətlərdəki böhran, Belarusun da düşdüyü yeni sanksiya qarşıdurması müşahidə olunur. Digər tərəfdən, bu, ölkələri qeyri-standart həll yolları axtarmağa vadar edir.

Bu şərait belarus istehsalçılarını yeni loqistik marşrutlar hazırlamağa sövq edir ki, onlardan biri də Şimal-Cənub dəhlizidir. Bu layihədə Azərbaycan güclü loqistika mərkəzi kimi çıxış edə bilər. Bu qovşaq Belarus üçün Hindistan, Pakistan, İran və Türkiyə bazarlarına kalium gübrələrinin tədarükü, müxtəlif növ maşınqayırma məhsullarının və kənd təsərrüfatının təşviqi üçün tranzit kimi mühüm əhəmiyyət kəsb edir.

Dağ-mədən avadanlığının tədarükü, kompleks laylarda Belarusa aid neft hasilatı üsullarının tətbiqi və digər layihələrdə əməkdaşlıq üçün açıq perspektivlər var.

- Qarabağın bərpası xarici şirkətlər üçün yeni imkanlar yaradır. Bu sahədə Belarus şirkətlərinin potensialını necə qiymətləndirmək olar?

- Belarusun Qarabağın bərpasında fəal iştirak etmək niyyəti var. Ölkəmizin aqrar-sənaye müəssisələrinin hərtərəfli modernləşdirilməsi təcrübəsi var ki, bu da təkcə müasir istehsal sahələrinin yaradılmasına deyil, həm də kəndlərdə, aqroşəhərlərdə sosial infrastruktura təsir göstərir. Düşünürəm ki, belə layihələr azərbaycanlı tərəfdaşlar üçün maraqlı olacaq.

- Azərbaycan hökuməti ölkədəki sənaye parklarının və məhəllələrinin əhatə dairəsini genişləndirməyi planlaşdırır. Belarus sahibkarları belə layihələrə maraq göstərə bilərlərmi?

- Sənaye üzrə ixtisaslaşmış ölkə kimi Belarus, təbii ki, belə layihələrdə maraqlıdır. Artıq ölkələrimiz birgə müəssisələrin yaradılması sahəsində dərin təcrübəyə malikdir. Düşünürəm ki, elektrobuslar, dağ-mədən avadanlıqları, liftlər, kənd təsərrüfatı maşınları və s. məhsulların istehsalı sahələrinin yaradılması hesabına onu genişləndirmək olar.

Tamilla MƏMMƏDOVA

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ