25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
DVX-nin Baş idarə rəisi kartdan karta əməliyyatlara görə tətbiq edilən sanksiyalara münasibət bildirib

DVX-nin Baş idarə rəisi kartdan karta əməliyyatlara görə tətbiq edilən sanksiyalara münasibət bildirib

Son günlər 250-dən çox pərakəndə ticarət və iaşə obyektində ödənişlərin POS-terminal deyil, kartdan karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsinə görə sahibkarlara maliyyə sanksiyaları tətbiq edilib. Maliyyə sanksiyalarına görə bir çox sahibkar narazılıqlarını ifadə edib.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov açıqlama verib.

Nicat İmanov qeyd edib ki, maliyyə sanksiyaları ticarət və iaşə obyektlərində nağd pul hesablaşmaları qaydalarının pozulması və POS-terminalların quraşdırılmaması ilə bağlı həyata keçirilir. Vergi ödəyicilərinin bu prosesə görə narazılıq etməsinin əsas səbəbi əldə etdikləri gəlirləri rəsmiləşdirməkdən yayınmalarıdır.

Mikro sahibkarlar əsasən dövriyyələrindən 2% dərəcə ilə sadələşdirilmiş vergi ödəyirlər. Bu, kifayət qədər aşağı vergi dərəcəsidir. Nəzərə alaq ki, sadələşdirilmiş verginin dərəcələri 4%-dən 2%-ə endirilib. Vergi dərəcələrinin endirilməsi müqabilində sahibkarlardan şəffaflıq tələb edilir. Eyni zamanda vergi ödəyiciləri apardıqları əməliyyatları kassa çekləri ilə rəsmiləşdirməlidirlər. Təəssüflər olsun ki, çox vaxt sahibkarlar “card to card” əməliyyatlarından istifadə edirlər. Təbii ki, bu kartlar sahibkarların özlərinə məxsus debet kartlarıdır və bununla da vergidən yayınma halları baş verir.

Dövlət Vergi Xidməti vergidən yayınan şəxslərə qarşı sərt mübarizə aparacağını artıq bir neçə ildir ki, elan edib. Vergi yükünün aşağı salınmasına adekvat olaraq nəzarət tədbirləri sərtləşdirilib.

“Mən ümid edirəm ki, qanundan yayınan sahibkarlar bu pozuntulara təkrar yol verməyəcəklər” - deyə baş idarə rəisi əlavə edib.

Xatırladaq ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat, ikinci dəfə yol verildikdə 3.000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

APA

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?