7 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Böyük Britaniya arasında vergi sahəsində məlumat mübadiləsi ilə bağlı müzakirələr aparılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Böyük Britaniya Vergi və Gömrük Administrasiyasının (HMRC) baş icraçı direktorunun müavini xanım Ancela MakDonald ilə videokonfrans formatında görüş keçirib.

Görüşdə iki qurum arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin, irəli sürülən təşəbbüslərin əhəmiyyəti vurğulanıb və qarşılıqlı əlaqələrin gücləndirilməsi sayəsində əldə edilmiş nəticələrdən məmnunluq ifadə olunub.

Görüş zamanı vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində strateji hədəflər və dayanıqlı iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən islahatlar müzakirə edilib, vergi mühitinin təkmilləşdirilməsi ilə bağlı layihələr üzrə əməkdaşlıq və birgə fəaliyyətin təşkili mexanizmləri barədə fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı ölkəmizin IOTA-ya prezidentliyi dövründə müəyyənləşdirilmiş prioritetlər və Təşkilat çərçivəsində fəaliyyətin əlaqələndirilməsi məsələlərinə də toxunulub.

Görüşdə Azərbaycan və Böyük Britaniya arasında vergi sahəsində məlumat mübadiləsi, təcrübə proqramlarının təşkili, ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatı barədə müzakirələr aparılıb. Birgə fəaliyyətin qlobal vergi mühitində şəffaflığın artırılması, səmərəli işbirliyinin təşkili və vergidən yayınma hallarının azaldılması üçün faydaları diqqətə çatdırılıb.

VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır?