3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqor Yovanoviç: “Cənub Qaz Dəhlizinə qoşulmaq Serbiya üçün milli əhəmiyyətə malikdir” MÜSAHİBƏ

2021-ci ildə Serbiya Azərbaycanın 71-ci xarici ticarət tərəfdaşı olub. 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 10,9 milyon dollar, o cümlədən idxalın həcmi 9,14 milyon, ixracın həcmi isə 1,74 milyon dollar təşkil edib. “vergiler.az”ın suallarına serbiyalı ekspert, Afrika və Asiya ilə Beynəlxalq Əməkdaşlıq Mərkəzinin təsisçisi İqor Yovanoviç cavab verir.

- Cənab Yovanoviç, Azərbaycan və Serbiya arasında ticarət əlaqələrinin daha da şaxələndirilməsi üçün hansı tədbirlər görülə bilər?

- Serbiya ilə Azərbaycan arasında iqtisadi əlaqələri daha da fəallaşdırmaq üçün imkanlar var. Ticarət əlaqələrinin şaxələndirilməsi yönündə kənd təsərrüfatı, turizm, enerji və tikinti kimi qarşılıqlı maraq doğuran sahələrdə investisiya əməkdaşlığının daha da genişləndirilməsini mümkün tədbirlər hesab edirəm.

Serbiya ilə Azərbaycan arasında iqtisadi
əlaqələri daha da fəallaşdırmaq üçün imkanlar var.

Yaxşı təchiz olunmuş texnologiya mərkəzləri, sənaye zonaları, güclü nəqliyyat infrastrukturu, eləcə də keyfiyyətli resursları və yüksək ixtisaslı işçiləri ilə Serbiya beynəlxalq investor və şirkətlər üçün daha çox sərmayə yatırmağa imkan verir...

- Serbiyalı iş adamları Azərbaycanda iqtisadiyyatın hansı sahələrində iştirak edə bilərlər?

- Azərbaycan iqtisadiyyatının enerji və turizm sektorları, həmçinin kənd təsərrüfatı və nəqliyyat sektorları Serbiya investorları üçün maraqlı ola bilər.

Azərbaycan iqtisadiyyatının enerji və turizm
sektorları, həmçinin kənd təsərrüfatı və nəqliyyat
sektorları Serbiya investorları üçün maraqlı ola bilər.

- Ölkələrimizin turizm və kənd təsərrüfatı sahəsində əməkdaşlığı barədə nə deyə bilərsiniz?

- Həm Serbiya, həm də Azərbaycan qədim tarixə malikdir. Hər iki ölkənin dünyanın hər yerindən çoxlu sayda turistləri cəlb edən zəngin mətbəx mədəniyyəti var. Belqradla Bakı arasında birbaşa aviareysin açılması iki ölkənin bir-birinə yaxınlaşmasına töhfə verən daha bir addımdır.

Kənd təsərrüfatına gəlincə, Serbiyada yüksək keyfiyyətli məhsullar istehsal olunsa da, gübrələrin istehsalı kifayət qədər deyil və Azərbaycanla əməkdaşlıq özünü doğrulda bilər. Belə düşünürəm ki, iki ölkə arasında texnologiya, bilik və birbaşa investisiya mübadiləsi bu sektoru daha da gücləndirəcək.

- Serbiyanın Cənub Qaz Dəhlizinə inteqrasiyasına imkan verəcək Serbiya-Bolqarıstan (Niş-Dimitrovqrad) qaz kəmərinin tikintisi hansı mərhələdədir?

- Cənub Qaz Dəhlizinin yeni interkonnektorlarla birləşdirilməsi Serbiyanın və digər Balkan ölkələrinin enerji təhlükəsizliyinə böyük töhfə verəcək. Qaz təchizatı mənbələrinin şaxələndirilməsi təchizatçıdan asılılığı azaldacaq və qaz bazarında rəqabəti artıracaq ki, bu da qazın qiymətinə və mövcudluğuna birbaşa təsir göstərəcək.

- Cənub Qaz Dəhlizinin yeni interkonnektorlarla
birləşdirilməsi Serbiyanın və digər Balkan ölkələrinin
enerji təhlükəsizliyinə böyük töhfə verəcək.

Serbiya-Bolqarıstan (Niş-Dimitrovqrad) qaz kəmərinin tikintisi son mərhələdədir. Bu xətt Serbiyanı qaz dəhlizləri şəbəkəsi ilə birləşdirəcək, qazın Azərbaycandan Türkiyə, Yunanıstan və Buqatsk vasitəsilə nəqlinə imkan verəcək və Serbiyanı birbaşa Cənub Qaz Dəhlizinə inteqrasiya edəcək. Cənub Qaz Dəhlizinə qoşulmaq Serbiya üçün təkcə iqtisadi deyil, həm də milli əhəmiyyətə malikdir.

- Sizcə, Serbiya nümayəndələrinin Azərbaycana səfəri zamanı əldə olunan razılaşmalar ölkələr arasında gələcək əməkdaşlığa necə töhfə verə bilər?

- Qarşılıqlı səfərlər zamanı əldə olunan razılaşmalar birgə əməkdaşlıq üçün əhəmiyyətlidir, hər şeydən əvvəl birbaşa və konkret nəticələrə malikdir. Bu nəticələrdən birini Serbiyada Azərbaycan şirkətlərinin iştirak etdiyi avtomobil yollarının tikintisində görə bilərik. Serbiyanın və Azərbaycanın Ticarət və Sənaye Palataları arasındaki əməkdaşlıq iki ölkə arasında güclü və genişmiqyaslı əməkdaşlığa şərait yaratmışdır. Belə razılaşmalar təkcə iqtisadiyyat və ticarət sahəsində deyil, təhsil, tələbə təqaüdləri, mədəniyyət, elm və texnologiya sahələrini də əhatə edə bilər.

Belqraddakı Serbiya-Azərbaycan Ticarət Palatasının səylərinin xüsusi qeyd etmək istəyirəm, bu qurum iki qardaş dövlətin mövcud layihələrini və təşəbbüslərini təkmilləşdirməyə imkan verir.

Bu ilin əvvəlində Serbiyada keçirilən Serbiya-Azərbaycan biznes forumu iki ölkə arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə, ticarət dövriyyəsinin artmasına təkan verməkdədir.

Bundan əlavə, Qoşulmama Hərəkatı hər iki ölkə üçün əhəmiyyətlidir, bu onlara beynəlxalq münasibətlərdə öz maraqlarını birləşdirməyə, Serbiya ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin möhkəmlənməsinə imkan verir.

Tamilla Məmmədova

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ