4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vladimir Odnostalko: “Azərbaycan enerji resurslarının təchizatında çox layiqli və sadiq tərəfdaşdır” MÜSAHİBƏ

vergiler.az”ın suallarına Moldova parlamentinin deputatı, Moldova-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Vladimir Anatolyeviç Odnostalko cavab verir.

- Vladimir Anatolyeviç, sizcə, bu gün Azərbaycan ilə Moldova arasında birgə iqtisadi layihələrin həyata keçirilməsi sahəsində hansı imkanlar mövcuddur?

- İqtisadi sahədə sıx əməkdaşlıq edən ölkələrimiz arasında münasibətlərin daha dərin inkişafı üçün böyük imkanlar var. Müxtəlif ticarət yollarının kəsişməsində yerləşən Azərbaycan öz əlverişli coğrafi mövqeyi ilə fəxr edə bilər. Son 20 ildə Azərbaycanda ÜDM üç dəfədən çox artıb, yoxsulluğun səviyyəsi aşağı düşüb, xarici borcla bağlı vəziyyət ürəkaçandır.

Rəsmi Bakı ilə Kişineu arasında əməkdaşlığın əsas istiqamətləri iki ölkənin regionları arasında əlaqələrin gücləndirilməsi, yüksək ixrac potensialına malik məhsullar haqqında məlumat mübadiləsi, birgə müəssisələrin yaradılması ola bilər. Moldovanın Azərbaycanın həyata keçirdiyi nəqliyyat infrastrukturu layihələrinə inteqrasiyası imkanlarının öyrənilməsi də vacibdir. Moldova Azərbaycanla dost ölkədir və bütün sahələrdə tərəfdaşlıq əlaqələrinin inkişafında maraqlıdır.

Moldova Azərbaycanla dost ölkədir və bütün sahələrdə
tərəfdaşlıq əlaqələrinin inkişafında maraqlıdır.

Şərq və Qərb dünyasının kəsişməsində yerləşən Moldova üçün bütün ölkələrlə, xüsusən də hazırda bir çox istiqamətlərdə dinamik inkişaf edən ölkələrlə yaxşı münasibətlərin olması vacibdir.

- Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün hansı işlərin görülməsini zəruri hesab edirsiniz?

- Bu gün Azərbaycanın Moldovaya ixrac etdyi məhsulların dəyəri idxal etdiyi məhsulların dəyərindən daha çoxdur. Ölkələrimiz arasında ticarət dövriyyəsini artırmaq üçün həm səfirlik və nazirliklər, həm də Azərbaycan və Moldova regionları səviyyəsində daha sıx iş aparılmalıdır.

2022-ci ildə Moldova ilə Azərbaycan arasında ikitərəfli ticarətin həcmi 11,3 milyon dollar təşkil edib ki, bu da, demək olar ki, 2021-ci ilin səviyyəsindədir. Hazırda ölkəmizdə 115 Azərbaycan şirkəti qeydiyyatdan keçib və bu şirkətlərin fəaliyyəti iqtisadi əlaqələr baxımından perspektiv vəd edir.

- Moldova Azərbaycanla enerji sahəsində əməkdaşlığın gücləndirilməsində də maraqlıdır…

- İstənilən ölkə öz müəssisələrini, iqtisadiyyatını və məişət istehlakçılarını enerji resursları ilə təmin edərkən, təbii ki, ilk növbədə bu enerji resurslarının mövcudluğu və dayanıqlılığı haqqında düşünür.

Bu gün Moldovada enerji resursları ilə bağlı vəziyyət ağırdır. Son vaxtlara qədər bizdə qaz son dərəcə baha idi, indi bir qədər ucuzlaşıb. Buna baxmayaraq, qiymət çox yüksəkdir və məişət istehlakçıları üçün əlçatmazdır. Azərbaycan enerji resurslarının təchizatında çox layiqli və sadiq tərəfdaşdır. Enerji sektorunda Moldova və Azərbaycan uzunmüddətli çoxşaxəli əməkdaşlıq potensialına malikdir.

Enerji sektorunda Moldova və Azərbaycan uzunmüddətli
çoxşaxəli əməkdaşlıq potensialına malikdir.

- Moldova kənd təsərrüfatı sektorunu inkişaf etdirmək üçün Azərbaycan investorlarına hansı imkanları təklif edə bilər?

- Əvvəlcə qeyd edim ki, Moldova Respublikası ən məhsuldar torpaqlara malikdir və ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.

Artıq Moldova Azərbaycandan gübrə idxal etməyə başlayıb. Bundan əlavə, taxılımızın yüksək keyfiyyətini nəzərə alaraq, əla növ undan müxtəlif məhsulların istehsalı ilə bağlı birgə investisiya layihələri təşkil edə bilərik. Buraya makaron, bişmiş məmulatlar, peçenye daxildir. Müasir texnologiyaların transferi, elmi tədqiqatlar, aqrar sahədə mütəxəssislərin hazırlanması və kənd təsərrüfatı məhsullarının ixracı Azərbaycan və Moldova arasında əməkdaşlığın əsas istiqamətlərinə çevrilə bilər.

Müasir texnologiyaların transferi, elmi tədqiqatlar, aqrar sahədə
mütəxəssislərin hazırlanması və kənd təsərrüfatı məhsullarının ixracı
Azərbaycan və Moldova arasında əməkdaşlığın əsas istiqamətlərinə çevrilə bilər.

- İqlim dəyişikliyi fonunda Azərbaycan və Moldova arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını necə giymətləndirirsiz?

- Azərbaycan və Moldova arasında “yaşıl” enerji, iqlim dəyişikliyi, “ağıllı şəhərlərin” tikintisi, yüksək texnologiyalar və bərpa olunan enerji mənbələri kimi məsələlərdə çoxşaxəli əməkdaşlıq üçün zəmin və perspektiv var.

Bərpa olunan enerji mənbələri sahəsində Azərbaycanın potensialı çox böyükdür. Moldovanın enerji sektorunda yerli istehsalı artırmaq və istixana qazları emissiyalarını azaltmaq, eləcə də nəqliyyat sisteminin sabitliyinə və çevikliyinə töhfə vermək üçün yeni bərpa olunan enerji layihələrinə əlavə investisiyalar lazımdır. Bu, xarici investorlar, o cümlədən Azərbaycandan olan özəl investorlar üçün daha geniş imkanlar yaradır.

Sonda bir daha qeyd etmək istərdim ki, dövlətlərarası əməkdaşlıq qarşılıqlı faydalı əsasda qurulmalıdır. Bugünkü reallıqlarda iqtisadi, sosial, infrastruktur və kənd təsərrüfatı sahələrinin inkişafında uğur vəd edən yalnız çoxşaxəli dövlətlərarası əməkdaşlıqdır!

Tamilla MƏMMƏDOVA

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması