9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ruslan Talıbov: "Fintex hər gün dəyişən, hər gün yenilənən sahədir" MÜSAHİBƏ

Maliyyə və texnologiya sözlərinin birləşməsindən yaranan fintex (fintech – maliyyə texnologiyası) son vaxtlar dilimizdə daha tez-tez işlənməkdədir. “vergiler.az”ın suallarını Azərbaycan Fintex Assosiasiyasının İdarə heyətinin sədri Ruslan Talıbov cavablandırıb.

- Ruslan müəllim, rəhbərlik etdiyiniz Assosiasiyanın fəaliyyəti hansı istiqamətləri əhatə edir?

- Assosiasiyamız 2020-ci ildə altı fintex şirkətinin iştirakilə yaradılıb. Hazırda 12 üzvümüz var. Ölkədə ümumilikdə 30-a yaxın fintex təşkilatı fəaliyyət göstərir.

Bizim əsas 3 fəaliyyət istiqamətimiz var. Birincisi, fintexlərin dövlət təşkilatları qarşısında maraqlarını müdafiə etmək, onlarla bağlı koordinasiyanı təşkil etməkdir. İkincisi, ən yaxşı beynəlxalq təcrübələri Azərbaycana gətirmək və buradakı fintexlərin həmin təcrübələri tətbiq etmələrinə imkan yaratmaqdır. Üçüncü istiqamət isə müxtəlif tədbirlər təşkil etmək, fintexlərin öz işlərini müzakirə edəcəyi platforma yaratmaqdır. Artıq bir sıra ölkələrlə əməkdaşlıq qurmuşuq. İsrail Fintex Assosiasiyası, ərəb ölkələrini birləşdirən “MİNA” təşkilatı, Türkiyə, Sinqapur, Malayziya, eləcə də Litva və Latviyada fəaliyyət göstərən həmkarlarımızla əməkdaşlıq edirik. Gürcüstan, Ukrayna, Rusiya, Böyük Britaniya və digər ölkələrlə qarşılıqlı əməkdaşlığımız davam edir.

Fintex şirkətlərinin investisiyalarının böyük hissəsi
informasiya texnologiyaları, kibertəhlükəsizlik,
server avadanlıqları kimi resurslara qoyulur

- Bu əməkdaşlıqlar hansı formadadır?

- Fintex şirkətlərinin inkişafı üçün Azərbaycan nisbətən kiçik bazardır. Burada müəyyən bir səviyyəyə qədər inkişaf edirsiniz. Şirkətlər daha böyük bazarlara çıxmaq üçün digər ölkələrlə əməkdaşlığa maraq göstərirlər. Burada iki məqama diqqət etmək lazımdır. Bizdən daha yaxşı inkişaf etmiş ölkələrdə rəqabət də çox yüksəkdir. Orada bazara daxil olmaq çətindir. Ona görə də bizim şirkətlərimiz innovasiyanı inkişafın zəif olduğu ölkələrə aparırlar: bu cür bazarlara daxil olmaq nisbətən rahat olur. Hazırda Azərbaycan fintex şirkətləri Qazaxıstanda, Özbəkistanda, Pakistanda çalışır. Bundan əlavə, Birləşmiş Ərəb Əmirlikləri ilə danışıqlar aparılır.

- Bəs müştərilərin şəxsi məlumatlarının qorunması və digər təhlükəsizlik təminatı baxımından fintex şirkətlərinin vəziyyəti nə yerdədir?

- Fintex şirkətlərinin investisiyalarının böyük hissəsi informasiya texnologiyaları, kibertəhlükəsizlik, server avadanlıqları kimi resurslara qoyulur. Bununla bağlı Mərkəzi Bank tərəfindən kibertəhlükəsizlik strategiyası müəyyənləşdirilib, strategiyanın tələbələri bütün təşkilatlara göndərilib. Düşünürəm ki, bu sahədə işlər yaxşı qurulub. Ancaq fintex hər gün dəyişən, hər gün yenilənən sahədir. Ona görə də davamlı olaraq təhlükəsilzik məsələləri nəzarətdə saxlanılır və oraya davamlı investisiya yatırılır.

Fintex təşkilatları üçün yeni qaydalar və yanaşmalar müəyyən olunacaq

- Banklar, sığorta şirkətləri və digər maliyyə qurumlarına vahid mərkəzdən nəzarət olunur, xidmət səviyyəsini artırmaq üçün onlara vaxtaşırı tapşırıqlar verilir və s. Bu mənada, fintex şirkətlərinə münasibət necədir?

Artıq bununla bağlı Mərkəzi Bankda yeni qanun layihəsi hazırlanıb. Yəqin ki, yaxın vaxtlarda qəbul olunacaq. Düşünürəm ki, “Ödəniş sistemləri və ödəniş təşkilatları haqqında” Qanunun qəbulundan sonra artıq bu şirkətlərin lisenziyalaşması və digər tələblər müəyyən olunacaq. Hazırda ölkəmizdə MMC kimi fəaliyyət göstərən fintex təşkilatları da birbaşa Mərkəzi Bankın nəzarətinə keçəcək, banklar kimi vahid sistemlə idarə olunan təşkilata çevriləcəklər.

- Bu, nəyi dəyişəcək?

- Fintex təşkilatları nəzarətə keçdikdən sonra onların konturları dəqiq müəyyən olunacaq. Artıq hər kəs biləcək ki, nəyi edə bilər, nəyi edə bilməz. Mərkəzi Bank onlara müəyyən kapital tələbləri qoya bilər. Bununla yanaşı, fintex təşkilatları üçün yeni qaydalar və yanaşmalar müəyyən olunacaq. Bu isə onların banklarla daha yaxından əməkdaşlıq etmələrinə imkan verəcək, açıq bankçılıq rejiminin, “Sandbox” kimi xüsusi tənzimləmə rejiminin yaranmasına yol açılacaq.

Fərqanə ALLAHVERDİQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?