18 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İrfan Şahzad Takalvi: “Neft-qaz sektorunun inkişafı ilə bağlı Azərbaycanın yardımı çox faydalıdır” MÜSAHİBƏ

Son onilliklərdə Azərbaycan və Pakistan strateji müttəfiqliyə çevrilmiş möhkəm və mehriban dövlətlərarası münasibətlər qurub və həmin münasibətləri qoruyub saxlayır. Bu müttəfiqlik müxtəlif qlobal problemlər üzrə qarşılıqlı anlaşma və əməkdaşlığa əsaslanır. “vergiler.az”ın suallarına pakistanlı ekspert, Avrasiya Əsri İnstitutunun direktoru İrfan Şahzad Təkalvi cavab verir.

- Cənab İrfan Şahzad Təkalvi, sizcə, Azərbaycan ilə Pakistan arasında iqtisadiyyatın hansı sektorları qarşılıqlı faydalı tərəfdaşlıq üçün daha böyük potensiala malikdir?

- Pakistan regional standartlara görə böyük iqtisadiyyata malikdir. Ölkəmizin ÜDM-i təqribən 350 milyard dollar, illik xarici ticarət dövriyyəsi isə 70-85 milyard dollar arasındadır. Hazırda böyük ticarət kəsiri ilə üzləşən Pakistan ixracat üçün bazarlarını və istiqamətlərini şaxələndirməyə çalışır. Pakistanda dünyanın ən yaxşı parçaları istehsal edilir, ölkəmizin dəri məmulatları, idman malları və cərrahiyyə alətləri, həmçinin düyüsü və meyvələri bütün dünyada məşhurdur. Pakistanın Azərbaycana düyü, manqo, naringi, eləcə də quru meyvə ixracı üçün böyük potensialı var.

Azərbaycanda böyük nisbətdə orta təbəqənin mövcud olduğu və əhalinin gəlir səviyyəsi getdikcə artdığı üçün bu ölkənin bazarı Pakistan ixracatçıları üçün maraqlıdır. Pakistan Azərbaycanın əsas ixrac məhsulu olan enerji daşıyıcılarını idxal etməyə hazırdır.

Azərbaycanda böyük nisbətdə orta təbəqənin mövcud
olduğu və əhalinin gəlir səviyyəsi getdikcə artdığı üçün
bu ölkənin bazarı Pakistan ixracatçıları üçün maraqlıdır.

Pakistan ölkəyə gələn birbaşa xarici investisiya mənbələrini diversifikasiya etməyə çalışır və azərbaycanlı investorlar üçün də açıqdır. Pakistanın kiçik və orta investorları Azərbaycana sərmayə qoymağa hazırdırlar. Ölkələrimiz arasında həm siyasət, həm də iqtisadiyyat səviyyəsində qarşılıqlı xoşməramlılıq mövcuddur. Bu isə qarşılıqlı faydalı strukturun yaradılması üçün zəmin yaradır.

Azərbaycandan Pakistana mayeləşdirilmiş təbii qaz (RLNG) ixracını perspektivli hesab edirəm. Bu, iqtisadi əlaqələrə təkan verə və ticarətin həcmini dəfələrlə artıra bilər. İqtisadiyyatın və ticarətin digər sahələrində irəliləyiş hələ ilkin mərhələdədir.

Yaxın zamanlarda reallaşması gözlənilən Pakistanın mayeləşdirilmiş təbii qaz idxalına başlaması ölkələrimiz arasında enerji əməkdaşlığının yalnız bir sahəsidir. Hər iki tərəf neftin daşınacağı marşrutları razılaşdırmalıdır. Pakistanda neft-qaz sektoru hələ inkişaf mərhələsində olduğu üçün bu sahədə Azərbaycanın texniki yardımı çox faydalı ola bilər.

- Alternativ enerji mənbələri sahəsində əməkdaşlığı, eləcə də Azərbaycanın bu sahədəki imkanlarını necə qiymətləndirirsiniz?

- Pakistanın alternativ enerji mənbələrinə, xüsusən də günəş enerjisinə investisiya cəlb etmək prosesində olması rəsmi Bakı ilə İslamabad arasında qarşılıqlı iqtisadi əməkdaşlıq üçün stimul yarada bilər.

- Azərbaycanda və Pakistanda informasiya texnologiyaları sektorunun inkişafında hərəkətlilik müşahidə olunmaqdadır. Bu sektordakı əməkdaşlığın perspektivlərinə necə baxırsınız?

- Hər iki ölkənin İT sənayesi sürətlə inkişaf edir, regional və qlobal səviyyədə öz izlərini qoyur. Keçən maliyyə ilində Pakistanın İT sektoruna aid ixracatı təxminən 2 milyard dollara çatıb və pakistanlı frilanserlər xaricdə xidmət göstərməklə yüz milyonlarla dollar qazanırlar. İki ölkənin İT sənayesinin bir-birinin güclü tərəflərindən istifadə etməsinə kömək edən strategiyaların hazırlanması ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynaya bilər.

İki ölkənin İT sənayesinin bir-birinin güclü tərəflərindən
istifadə etməsinə kömək edən strategiyaların hazırlanması
ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynaya bilər.

Tamilla MƏMMƏDOVA

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?