Elanlarla bağlı sual yaranarsa, (012) 403-87-89 nömrəsinə zəng edə bilərsiniz.

Elanlar

MAK YATIRIM MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1700248061

13.04.2023-cü il tarixdən "MAK YATIRIM" Məhdud Məsuliyyətli Cəmiyyətin 2,113,280 .000 (iki milyon yüz on üç min iki yüz səksən manat təşkil edən nizamnamə kapitalı 4,900,00.00 (dörd yüz doxsan min) manata qədər azaldılır.


"Property Investments" MMC

VÖEN: 1502842931

“Property Investments-1” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1503948441) fəaliyyətinə xitam verilərək “Property Investments” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 1502842931) qoşulduğunu və “Property Investments” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Property Investments-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.


SƏMA MƏNZİL TİKİNTİ KOOPERATİVİ

VÖEN: 1300063521

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Yasamal rayonu, İNŞAATÇILAR küçəsi, ev 20, mənzil 01 ünvanına bildirə bilərlər.


"SEVDA" Kiçik Müəssisəsi

VÖEN: 1600058511

Təşkilati-hüquqi formasını dəyişərək "SEVDA KM" MMC-yə çevrildiyini elan edir.


"Marja İnvest Bank Olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyət

VÖEN: 1604858861

11.05.2023 cü il tarixindən "Marja İnvest Bank Olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətin 300.000 (üç yüz min) manat təşkil edən nizamnamə kapitalı 10 (on) manata qədər azaldılır.


"Bərdə Broyler" ASC

VÖEN: 4000536821

“Bərdə Broyler” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının nəzərinə 29 iyun 2023-cü il tarixində, saat 12:00-da Cəmiyyətin Səhmdarlarının növbəti ümumi yığıncağı Azərbaycan Respublikasında tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının “Səhmdarların ümumi yığıncağının məsafədən (onlayn) keçirilməsinə dair” Təlimatının tələblərinə əsasən, “Microsoft Teams” tətbiqi vasitəsi ilə onlayn formatda həyata keçiriləcəkdir Onlayn iclasa qoşulma barədə təlimat səhmdarlara bildiriş vasitəsi ilə göndərilmişdir. Səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir: I. “Bərdə Broyler” ASC-nin 2022-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması məsələsi haqqında; II. “Bərdə Broyler” ASC tərəfindən 2022-ci ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi məsələsi haqqında; III. Digər məsələlər.


“AZGEOSERVİS” MMC

VÖEN: 1602194361

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1096 Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 48, mənzil 35 ünvanına bildirə bilərlər.


“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC

VÖEN: 9900080711

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin səhmdarının nəzərinə! 29 iyun 2023-cü il tarixdə, saat 11:00-da AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1937-ci məhəllədə, cəmiyyətin inzibati binasında, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir. Gündəlikdəki məsələlər: 1. Cəmiyyətin illik hesabatının təsdiq edilməsi; 2. Cari məsələlər. Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanda və ya (012) 404 77 77 telefon nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.


"Gəncə İnşaat Şənaye" ASC

VÖEN: 2300065831

“Gəncə İnşaat Sənaye” ASC-nin səhmdarının nəzərinə! 29 iyun 2023-cü il tarixdə, saat 15:00-da Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 38 nömrəli ünvanda, “Gəncə İnşaat Sənaye” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir. Gündəlikdəki məsələlər: 1. Cəmiyyətin illik hesabatının təsdiq edilməsi; 2. Cəmiyyətin yeni redaksiyada nizamnaməsinin təsdiq edilməsi; 3. Cəmiyyətin təsis sənədlərinə edilən dəyişikliklərin qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət edilməsi; 4. Müşahidə Şürasının üzvlərinin seçilməsi; 5. Digər məsələlər. Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanda və ya (050) 626 56 01 telefon nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.


1. NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN “N.P.-2” MMC

VÖEN: 0200341361

1. NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN “N.P.-2” MMC - “NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN "N.P.-1" FİRMASI-nın (VÖEN: 0200067021); NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN "N.P.-3" MMC-nin (VÖEN: 0900057971); NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN "N.P.-4" MMC-nin (VÖEN: 0600551681); NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN "N.P.-6" MMC-nin (VÖEN: 0701003621); NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN"N.P.-5" MMC-nin (VÖEN: 0201371561); NƏXŞİCAHAN HOLDİNQ ŞİRKƏTLƏR QRUPUNUN "SƏDƏRƏK PETROL" MMC-nin (VÖEN: 0500061641); NƏXŞİCAHAN HOLDİNQ ŞİRKƏTLƏR QRUPUNUN "ŞAHBUZ PETROL" MMC-nin (VÖEN: 0800129161); NƏXŞİCAHAN HOLDİNQ ŞİRKƏTLƏR QRUPUNUN ŞƏRUR YANACAQ DOLDURMA MƏNTƏQƏSİ MMC-nin (VÖEN: 0700035651); “MEST-10” MMC-nin (VÖEN: 0701261651) ona qoşulması şəklində yenidən təşkil olunur.