“Gəncə İnşaat Sənaye” ASC-nin səhmdarının nəzərinə! 29 iyun 2023-cü il tarixdə, saat 15:00-da Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 38 nömrəli ünvanda, “Gəncə İnşaat Sənaye” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir. Gündəlikdəki məsələlər: 1. Cəmiyyətin illik hesabatının təsdiq edilməsi; 2. Cəmiyyətin yeni redaksiyada nizamnaməsinin təsdiq edilməsi; 3. Cəmiyyətin təsis sənədlərinə edilən dəyişikliklərin qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət edilməsi; 4. Müşahidə Şürasının üzvlərinin seçilməsi; 5. Digər məsələlər. Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanda və ya (050) 626 56 01 telefon nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.