3 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Spirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması

Spirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması

Spirtli içki istehsalı ilə məşğul olan müəssisə “Duty-Free” mağazasına spirtli içkiləri təqdim etdikdə ƏDV və aksiz vergisi hesablanırdı. Ancaq mağazadan bildirilib ki, 2026-cı il yanvarın 1-dən sonra artıq bu mallara vergilər 0 faiz dərəcəsi ilə tətbiq olunmalıdır. Belə hal qanunvericilikdə mövcuddurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2026-cı il yanvarın 1-dək vergi ödəyicisi tərəfindən rüsumsuz ticarət mağazasına təqdim olunan mallara görə ümumi qaydada ƏDV və aksiz vergisi hesablanıb dövlət büdcəsinə ödənilirdi. 2026-cı il yanvarın 1-dən Vergi Məcəlləsinin 165.1.3-cü maddəsində edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal edilən və xüsusi nişanı olan aksizli malların rüsumsuz ticarət mağazalarına təqdim edilməsi ƏDV-yə 0 dərəcə ilə cəlb olunur.

Eyni zamanda, 2026-cı il yanvarın 1-dən Vergi Məcəlləsinin 187-ci maddəsində edilmiş dəyişikliyə əsasən, rüsumsuz ticarət mağazalarında satılması ilə bağlı xüsusi nişanı olan aksizli malların rüsumsuz ticarət mağazalarına təqdim edilməsi 0 dərəcəsi ilə aksizə cəlb edilir.

Qeyd olunanlara əsasən, 2026-cı il yanvarın 1-dən etibarən Azərbaycan Respublikasının ərazisində istehsal edilən və rüsumsuz ticarət mağazalarında satılması ilə bağlı xüsusi nişanı olan aksizli malların, o cümlədən spirtli içkilərin rüsumsuz ticarət mağazalarına təqdim edilməsi sıfır 0 dərəcə ilə ƏDV-yə və aksiz vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 165.1.3-cü və 187-ci maddələri

Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər?