17 Sentyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elan yerləşdir

Kreditorlar iki ay ərzində tələblərini aşağıdakı ünvana bildirə bilərlər
Etibarsız (lazım olanı seçin)
Yenidən təşkil (lazım olanı seçin)

Təlimat

Hörmətli oxucularımız!

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun tələblərinə uyğun olaraq, hüququ şəxsin ləğv edilməsi, yenidən təşkil olunması, kapitalının azalması, yığıncaqlarının elan olunması, VÖEN şəhadətnaməsinin, Nizamnaməsinin, Dövlət reyestrindən çıxarışının və ya möhürünün itdiyi üçün etibarsız hesab edilməsi barədə elanı saytımızda yerləşdirməzdən öncə aşağıdakı mətni diqqətlə oxumağınız xahiş olunur.

Elanın tərtib edilməsi

  • “ŞİRKƏTİN ADI” bəndində barəsində elan verəcəyiniz hüquqi şəxsin adını dəqiq qeyd edin;
  • “VÖEN” bəndində həmin hüquqi şəxsin eyniləşdirmə nömrəsini qeyd edin;
  • “ELANIN NÖVÜ” bəndində yerləşdirəcəyiniz elanın məzmununa uyğun olaraq müvafiq sətri seçin. Seçiminizə əsasən açılan yeni pəncərələrdə uyğun sətirləri işarələyin, yaxud zəruri məlumatları daxil edin;
  • “E-POÇT ÜNVANI” bəndində əks-əlaqə yaradılması üçün e-mail ünvanınızı daxil edin;
  • Yuxarıda qeyd olunan əməliyyatları bitirdikdən sonra “GÖNDƏR” düyməsini sıxın. Ekrana çıxan mətni təsdiq etməklə elanı göndərmiş olursunuz. Yəni “TƏSDİQ” düyməsini sıxmaqla elanda qeyd etdiyiniz məlumatların doğruluğuna cavabdehliyinizi təsdiq edirsiniz.

Qeyd: Elan göndərildikdən sonra qeyd etdiyiniz e-mail ünvanına elanın qəbul edilməsi, moderator tərəfindən yoxlanıldıqdan sonra saytda yerləşdiriləcəyi barədə mesaj daxil olacaq (Mesaj “SPAM” qovluğuna daxil ola bilər).

Elanın dərc olunması

  • Elan qəbul edildikdən sonra moderator tərəfindən yoxlanılacaq, qoyulan tələblərdən kənarlaşmalar olmadıqda, bir iş günü ərzində saytın “ELANLAR” bölməsində yerləşdiriləcək.
  • Elan qeyri-iş günündə göndərildikdə, saytda növbəti iş günü ərzində yerləşdiriləcək.
  • Saytda yerləşdirilən elan üç ay ərzində “ELANLAR” bölməsində saxlanılacaq.
  • Eyni elanın bir neçə dəfə dərc edilməsi tələb olunmur. Çünki çap variantından fərqli olaraq, “vergiler.az” online qəzetində yerləşdirdiyiniz elanın 3 (üç) ay ərzində aktiv olması bu tələbi ortadan qaldırmış olur.

Qeyd: Elan saytda dərc edildiyi anda qeyd etdiyiniz e-mail ünvanına bu haqda bildiriş mesajı daxil olacaq (Mesaj “SPAM” qovluğuna daxil ola bilər).

Qeyd: Elan ödənişsizdir.

Elanın təqdim olunması

Saytımızda yerləşdirilmiş elanı tələb olunan quruma təqdim etmək üçün ardıcıllıqla aşağıdakı addımları atmaq lazımdır:
  • “ELANLAR ÜZRƏ AXTARIŞ” bölməsi vasitəsilə “VÖEN-ə görə axtarış”, yaxud “Ada görə axtarış” sətirlərindən birini işarələməklə və zəruri məlumatları daxil etməklə elanınızı tapın;
  • Ekrana çıxan elanın aşağı hissəsindəki “Çap” düyməsini sıxın;
  • Yeni açılmış pəncərədəki mətni çap edərək müvafiq quruma təqdim edin.
VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiQeyri-rezidentə göstərilən xidmət ƏDV-yə cəlb olunurmu? VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiXaricə elektron kitab satışı üçün vergi öhdəlikləri VergiVəsaitlər əvəzləşdirilən zaman məbləğlərin gəlir və xərc kimi göstərilməsi