30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İrakli Kobaxidze: "Enerji sahəsində əməkdaşlıq strateji münasibətlərin mühüm istiqamətlərindən biridir"

İrakli Kobaxidze: "Enerji sahəsində əməkdaşlıq strateji münasibətlərin mühüm istiqamətlərindən biridir"

Azərbaycan və Gürcüstan arasında strateji münasibətlərin mühüm istiqamətlərindən biri də enerji sahəsində əməkdaşlıqdır.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasında bildirib.

Baş nazir qeyd edib ki, iki ölkənin birgə həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Supsa neft kəməri və Cənub Qaz Dəhlizi uzun illərdir enerji resurslarının tranzitinə və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir.

İ.Kobaxidze Gürcüstanın Azərbaycanın iştirakı ilə “yaşıl enerji” layihəsinin inkişafında əməkdaşlıq etdiyini vurğulayıb. Layihənin məqsədi bərpaolunan enerji resurslarının Cənubi Qafqaz vasitəsilə Avropa enerji bazarına nəqlini təmin etməkdir.

Baş nazir iki ölkə arasında əməkdaşlığın müdafiə, mədəniyyət, təhsil, kənd təsərrüfatı, səhiyyə, turizm və ətraf mühit sahələrini də əhatə etdiyini bildirib. Gürcüstanın mövcud əlaqələri gücləndirməyə və yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına töhfə verməyə hazır olduğunu əlavə edib.

AZƏRTAC

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?