Elanlarla bağlı sual yaranarsa, (012) 403-87-89 nömrəsinə zəng edə bilərsiniz.

Elanlar

“Neftmaş-Tikinti” ASC

VÖEN: 1500420931

“Neftmaş-Tikinti” ASC səhmdarlarının nəzərinə: 22.06.2025-ci il tarixdə saat 11.00 “Neftmaş-Tikinti” ASC -nin Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi 2082-ci məhəllədəki ünvanında səhmdarların ümümı yığıncaqı keçiriləcəkdir. Yığıncaqın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir: 1. “Neftmaş-Tikinti” ASC-nin gündəliyinin təsdiqi. 2. ASC-nin 2024-cü il ərzindəki fəaliyyətinin yekunlarının müzakirəsi, maliyyə hesabatlarının təsdiq edilməsi. 3. Diqər məsələlər. Əlaqə nömrəsi: 012-514-36-71 İdarə Heyətinin sədri İsmət Abbasov


"Bakı Minsk Ticarət İqtisadiyyat Evi" MMC

VÖEN: 1200485481

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1127 Bakı şəhəri, Xəzər rayonu, Gürgan qəsəbəsi, İlqar Məcidov küçəsi, ev 42, mənzil 1 ünvanına bildirə bilərlər.


“MODERN CONSTRUCTİON GROUP” Qapalı Səhmdar Cəmiyyəti

VÖEN: 1300144301

“MODERN CONSTRUCTİON GROUP” Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: 1300144301) məhdud məsuliyyətli cəmiyyətə çevrilərək yenidən təşkil edilməsi ilə bağlı Ümumi Yığıncağın 2 aprel 2025-ci il tarixli qərarına əsasən, AZ1002025125 dövlət qeydiyyat nömrəli 100 ədəd adi adlı səhmi (məhdudiyyətli) dövriyyədən çıxarılır.


"FIRST FLEET" Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1406580391

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini 1014 Bakı şəhəri, Nəsi̇mi̇ rayonu, Bülbül küçəsi, ev 79B ünvanına bildirə bilərlər.


"B.SƏRDAROV ADINA MAŞINQAYIRMA ZAVODU" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 9900060661

Cəmiyyətin 54 431.00 manat olan nizamnamə kapitalının məbləği 54 421.00 manat azaldılaraq 10 manat şəkilində müəyyən edilir


"DUENDE" Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 3104696531

"DUENDE" Məhdud Məsuliyyətli Cəmiyyəti -in (VÖEN 3104696531) Ümumi Yığıncağı 03.05.2025-ci il tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul etmişdir. Kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ0116, ABŞERON RAYONU, MASAZIR, DÜNYAMALIYEV, ev.27, m.0 ünvana bildirə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcəkdir.


Bərdə Broyler ASC

VÖEN: 4000536821

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında Nazirlər Kabinetinin 18.03.2025-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasında tətbiq edilən xüsusi karantin rejiminin müddətinin 01.07.2025-ci il tarixinədək uzadılması ilə əlaqədar olaraq, 24 iyun 2025-ci il tarixində, saat 12:00-da Cəmiyyətin Səhmdarlarının növbəti ümumi yığıncağı Azərbaycan Respublikası Mərkəzi Bankının “Səhmdarların ümumi yığıncağının məsafədən (onlayn) keçirilməsinə dair” Təlimatının tələblərinə əsasən, “Microsoft Teams” tətbiqi vasitəsi ilə onlayn formatda həyata keçiriləcəkdir Onlayn iclasa qoşulma barədə təlimat səhmdarlara bildiriş vasitəsi ilə göndərilmişdir. Səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir: I. “Bərdə Broyler” ASC-nin 2024-cü ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması məsələsi haqqında; II. “Bərdə Broyler” ASC tərəfindən 2024-cü ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi məsələsi haqqında; III. “Bərdə Broyler” ASC ilə “Azerbaijan Poultry Company” MMC arasında bağlanmış İcarə müqaviləsinə dəyişiklik edilməsi haqqında; IV. Digər məsələlər.


"AZƏRYAĞ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1503361981

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1052 Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 44, mənzil 8 ünvanına bildirə bilərlər.


"KARKAS" ASC

VÖEN: 1600128411

“"KARKAS" ASC VÖEN: 1600128411 "KARKAS" ASC (VÖEN: 1600128411) 27 iyun 2025 -cü il tarixində yerli vaxtla saat 11.00-də Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 23a ünvanında yerləşən ofis binada “KARKAS” ASC-nin səhmdarların növbəti illik ümumi yığıncağı çağırılır . “KARKAS” ASCnin “27” iyun 2025-ci il tarixli səhmdarların növbəti illik ümumi yığıncağının gündəliyinə “Karkas” ASC-nn Direktorlar Şurasının qərarı ilə aşağıdakı məsələlər daxil olunmuşdur: 1. “Karkas” ASC-nin İllik ümumi yığıncağının keçirilmə qaydasının təsdiq edilməsi; 2.”Karkas” ASC-nin 2024-сü il üzrə illik maliyyə hesabatının və mühasibat balansının, mənfəət və zərər hesablarının təsdiq edilməsi; 3.Digər məsələlər.” “KARKAS” ASC-nin “27” iyun 2025-ci il tarixli səhmdarların növbəti illik ümumi yığıncaqda hər bir səhmdar bilavasitə özü və ya nümayəndəsi vasitəsi ilə iştirak edə bilər. “KARKAS” ASC-nin “27” iyun 2025-ci il tarixli səhmdarların növbəti illik ümumi yığıncağının işində səhmdar bilavasitə özü iştirak etdikdə, onun şəxsiyyətini təsdiq edən sənədi,-səxsiyyət vəsiqəsini,-təqdim etməlidir; səhmdarın nümayəndəsi isə həm də qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır. “KARKAS” ASC-nin “27” iyun 2025-ci il tarixli səhmdarların növbəti illik ümumi yığıncağı üzrə materiallarla səhmdarlar hər iş günü səhər saat 10.00-dan – axşam saat 17.00-dək (saat 13.00-14.00 nahar fasiləsi istisna olunmaqla) Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 74 ünvanda yerləşən “KARKAS” ASC-nin inzibati binasında tanış ola bilər. “Karkas” ASC-nin Direktorlar Şurası””


"Samur 2" MKM

VÖEN: 1000353611

"Samur 2" MKM təşkilati-hüquqi formasını dəyişərək "Samur 2" MMC elan edilir.