27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb

Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb

2026-cı ilin yanvar-avqust ayları ərzində dövlət satınalmaları üzrə təsdiqlənən satınalmalar nəticəsində 453,7 milyon manat vəsaitə qənaət edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, qənaət məbləği elektron satınalmalar üzrə müəyyən edilən ehtimal olunan qiymətlə təsdiq edilən qiymət arasındakı fərq əsasında hesablanır.

Bəhs edilən dövrdə ümumi qənaət faizi 14,4 faiz təşkil edib. Bu göstərici müsabiqə üzrə təsdiq edilən qiymətlə ehtimal olunan qiymət arasındakı fərqin ehtimal olunan qiymətə nisbətini ifadə edir.

Qeyd olunan nəticələr dövlət satınalmaları çərçivəsində rəqabət mexanizmlərinin tətbiqi, qiymətlərin optimallaşdırılması və dövlət maliyyə resurslarından səmərəli istifadənin təmin olunması baxımından əhəmiyyətli nəticələr əldə edildiyini göstərir.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?