29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Müəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?

Müəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?

Müəssisə tərəfindən sahibkarlıq fəaliyyətində istifadə edilməsi məqsədilə qeyri-yaşayış obyekti (bina) icarəyə götürülüb. Müqavilə şərtlərinə əsasən, obyektdə aparılan təmir işlərinin xərcləri icarəyə verən tərəfindən əvəzləşdirilmir və ödənilmir. Həmin təmir xərcləri Vergi Məcəlləsinin 115.6-1-ci maddəsinin tələblərinə uyğun olaraq, hər il üzrə ayrıca kapitallaşdırılır, mütənasib qaydada amortizasiya olunaraq gəlirdən çıxılan xərclərə aid edilir və müəssisələrin mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsinin 1.1.8-ci sətrində ("İcarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilən kapitallaşdırılmış xərclər") əks etdirilir. İcarəyə götürülmüş həmin daşınmaz əmlak müəssisəmizin balansında (01 nömrəli hesabda) əsas vəsait kimi uçota alınmayıb. Vergi Məcəlləsinin 198.2-ci maddəsinə əsasən, müəssisələr üçün əmlak vergisinin vergitutma obyekti yalnız onların balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəridir. Qeyd olunanları nəzərə alaraq, bilmək istəyirik, mənfəət vergisi bəyannaməsinin 1.1.8-ci sətrində qeyd olunan və yalnız mənfəət vergisi məqsədləri üçün kapitallaşdırılaraq amortizasiya edilən bu təmir xərcləri, müəssisəmiz üçün əmlak vergisinin vergitutma obyekti hesab olunurmu? İcarəçi tərəfindən bu xərclərə görə əmlak vergisi bəyannaməsi təqdim edilməli və vergi ödənilməlidirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 115.3-ci maddəsinə əsasən, icarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərclərinin gəlirdən çıxılması Vergi Məcəlləsinin 115.4-cü və 115.6-1-ci maddələrinə uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 115.6-1-ci maddəsinə uyğun olaraq, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər bağlanmış müqavilə müddəti ərzində, lakin 5 ildən az olmayaraq, illər üzrə mütənasib məbləğlərdə amortizasiya edilməklə gəlirdən çıxılır. İcarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilən xərclər hər il üzrə ayrıca olaraq kapitallaşdırılır və bu maddə ilə müəyyən edilmiş qaydada amortizasiya olunur.

Eyni zamanda Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən, müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla) əmlak vergisi məqsədləri üçün vergi tutma obyektidir.

Qeyd edilənlərə əsasən, vergitutma obyekti müəssisələrin balansında olan əsas vəsaitlərdir və əmlak vergisi həmin əsas vəsaitlərin orta illik qalıq dəyəri əsasında hesablanır.

Sorğuya cavab olaraq bildirilib ki, icarəyə götürülmüş əmlak müəssisənin balansında alınmadığı halda, əmlak vergisinin vergitutma obyektinə daxil edilmir.

Əsas: Vergi Məcəlləsi 115, 197 və 201-ci maddələri

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?