Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında Nazirlər Kabinetinin 18.03.2025-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasında tətbiq edilən xüsusi karantin rejiminin müddətinin 01.07.2025-ci il tarixinədək uzadılması ilə əlaqədar olaraq, 24 iyun 2025-ci il tarixində, saat 12:00-da Cəmiyyətin Səhmdarlarının növbəti ümumi yığıncağı Azərbaycan Respublikası Mərkəzi Bankının “Səhmdarların ümumi yığıncağının məsafədən (onlayn) keçirilməsinə dair” Təlimatının tələblərinə əsasən, “Microsoft Teams” tətbiqi vasitəsi ilə onlayn formatda həyata keçiriləcəkdir Onlayn iclasa qoşulma barədə təlimat səhmdarlara bildiriş vasitəsi ilə göndərilmişdir. Səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir: I. “Bərdə Broyler” ASC-nin 2024-cü ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması məsələsi haqqında; II. “Bərdə Broyler” ASC tərəfindən 2024-cü ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi məsələsi haqqında; III. “Bərdə Broyler” ASC ilə “Azerbaijan Poultry Company” MMC arasında bağlanmış İcarə müqaviləsinə dəyişiklik edilməsi haqqında; IV. Digər məsələlər.