16 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
AFEZ və Çin şirkətləri arasında sənaye və investisiya əməkdaşlığı müzakirə olunub

AFEZ və Çin şirkətləri arasında sənaye və investisiya əməkdaşlığı müzakirə olunub

Ələt Azad İqtisadi Zonasında (AFEZ) Sutsyan Xarici Ölkələrlə Dostluq Assosiasiyasının prezidenti Van Lyanyun və "Jiangsu Yongjia Investment Holding Group Co., Ltd." şirkətinin İdarə Heyətinin sədri Day Daolunun rəhbərlik etdiyi Çin nümayəndə heyəti ilə görüş keçirilib.

Ələt Azad İqtisadi Zonasının məlumatına görə, Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində təşkil olunan səfər sənaye, texnologiya, mühəndislik və tikinti sahələrində fəaliyyət göstərən Çin biznesinin nümayəndələrini bir araya gətirib.

AFEZ Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov zonanın regionun iri sənaye-logistika və investisiya habı kimi əhəmiyyətini vurğulayıb. Nümayəndə heyətinə AFEZ-in üstünlükləri, əlverişli investisiya mühiti, eləcə də nəqliyyat kommunikasiyaları, mühəndislik sistemləri və sənaye obyektləri daxil olmaqla infrastrukturu təqdim edilib.

Tərəflər əməkdaşlıq perspektivlərini, Çin şirkətlərinin AFEZ layihələrində iştirakını və birgə inkişaf prioritetlərini müzakirə edərək, dayanıqlı iqtisadi artım üçün tərəfdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?