“"KARKAS" ASC VÖEN: 1600128411 "KARKAS" ASC (VÖEN: 1600128411) 27 iyun 2025 -cü il tarixində yerli vaxtla saat 11.00-də Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 23a ünvanında yerləşən ofis binada “KARKAS” ASC-nin səhmdarların növbəti illik ümumi yığıncağı çağırılır . “KARKAS” ASCnin “27” iyun 2025-ci il tarixli səhmdarların növbəti illik ümumi yığıncağının gündəliyinə “Karkas” ASC-nn Direktorlar Şurasının qərarı ilə aşağıdakı məsələlər daxil olunmuşdur: 1. “Karkas” ASC-nin İllik ümumi yığıncağının keçirilmə qaydasının təsdiq edilməsi; 2.”Karkas” ASC-nin 2024-сü il üzrə illik maliyyə hesabatının və mühasibat balansının, mənfəət və zərər hesablarının təsdiq edilməsi; 3.Digər məsələlər.” “KARKAS” ASC-nin “27” iyun 2025-ci il tarixli səhmdarların növbəti illik ümumi yığıncaqda hər bir səhmdar bilavasitə özü və ya nümayəndəsi vasitəsi ilə iştirak edə bilər. “KARKAS” ASC-nin “27” iyun 2025-ci il tarixli səhmdarların növbəti illik ümumi yığıncağının işində səhmdar bilavasitə özü iştirak etdikdə, onun şəxsiyyətini təsdiq edən sənədi,-səxsiyyət vəsiqəsini,-təqdim etməlidir; səhmdarın nümayəndəsi isə həm də qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır. “KARKAS” ASC-nin “27” iyun 2025-ci il tarixli səhmdarların növbəti illik ümumi yığıncağı üzrə materiallarla səhmdarlar hər iş günü səhər saat 10.00-dan – axşam saat 17.00-dək (saat 13.00-14.00 nahar fasiləsi istisna olunmaqla) Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 74 ünvanda yerləşən “KARKAS” ASC-nin inzibati binasında tanış ola bilər. “Karkas” ASC-nin Direktorlar Şurası””