13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elanlarla bağlı sual yaranarsa, (012) 403-87-89 nömrəsinə zəng edə bilərsiniz.

Elanlar

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti
VÖEN: 9900001881

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə! “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsini rəhbər tutaraq, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - “ABB” ASC) İdarə Heyəti Sizin nəzərinizə çatdırır ki, 07.05.2026-cı il tarixində Bankın səhmdarlarının növbəti ümumi yığıncağı (bundan sonra – Ümumi Yığıncaq) keçiriləcəkdir. Bununla yanaşı bildiririk ki, “ABB” ASC-nin Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən səsvermənin qiyabi şəkildə, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinet vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir: 1. “ABB” ASC-nin kənar auditor tərəfindən yoxlanılmış 2025-ci ilin maliyyə hesabatları və idarəetmə hesabatının təsdiq edilməsi; 2. 2025-ci ilin maliyyə nəticələrinə əsasən “ABB” ASC-nin səhmdarlarına dividendin ödənilməsi; 3. “ABB” ASC-nin aktivlərin idarə edilməsi üzrə törəmə şirkətinin yaradılması; 4. Xarici bankda iştirak payının (nəzarət səhm paketinin) alınması; 5. “ABB” ASC-nin Müşahidə Şurasının tərkibinə dəyişiklik edilməsi Ümumi yığıncağın keçirilməsinə dair bildiriş 19.03.2026-cı il tarixindən, gündəliyə çıxarılan məsələlər üzrə müvafiq materiallar və səvermə bülleteni isə 15.04.2026-cı il tarixindən hər bir səhmdar üçün Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında yaradılmış şəxsi kabinetində yerləşdiriləcəkdir (invp.e-mdm.gov.az). Gündəlikdə olan məsələlərə dair münasibətinizi şəxsi kabinet vasitəsilə 15.04.2026-cı il tarixindən 06.05.2026-cı il tarixinədək elektron qaydada bildirməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz Yuxarıda qeyd olunan şəkildə elektron qaydada verilmiş səslərin sayılması ümumi yığıncağın keçirildiyi gün həyata keçiriləcəkdir. “ABB” ASC-nin İdarə Heyəti.


Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi" publik hüquqi şəxs
VÖEN: 0200405151

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ7000 Naxçıvan şəhəri, Azərbaycan Məhəlləsi küçəsi, ev 58 ünvanına bildirə bilərlər.


"ASHURKHAN ROYAL ESTATE" MMC
VÖEN: 1402204671

"ASHURKHAN ROYAL ESTATE" MMC nziamnamə kapitalının 20451053.62 (iyirmi milyon dörd yüz əlli bir min əlli üç manat altmış iki qəpik) manata azaldığını elan edir.


"MYBEL CONCEPT" MMC
VÖEN: 1406489661

"MYBEL CONCEPT" MMC (VÖEN 1406489661) nizamnamə kapitalının 547.150 manata azaldığını elan edir.


"MURAD 1999" MMC
VÖEN: 8200269731

Möhür itdiyi üçün etibarsız sayılır.


"HTECH İNVEST" MMC
VÖEN: 2700951761

"KÜR ELEKTRON AVANDANLIQLARI İSTEHSALI" MMC-nin (VÖEN:1700161741) fəaliyyətinə xitam verilərək "HTECH İNVEST" MMC-yə (VÖEN: 2700951761) qoşulduğunu və "HTECH İNVEST" MMC" KÜR ELEKTRON AVANDANLIQLARI İSTEHSALI" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.


"CHELEBI" MMC
VÖEN: 1402564451

“CHELEBI” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1402564451) nizamnamə kapitalının 63.000 AZN azaldıldığını, yəni 4,645,033 AZN-dən 4,582,033 AZN-dək azaldıldığını elan edir. Nizamnamə kapitalının azaldılması ilə bağlı kreditorlar öz tələblərini bu elan dərc edildiyi tarixdən etibarən bir ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi 151 ünvanı (satış mağazası) üzrə bildirə bilərlər.


"PARTHENON" FİRMASI
VÖEN: 3800105161

Təşkilati-hüquqi formasını dəyişərək "PARTHENON" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrildiyini elan edir.


YEVLAX RAYON İSTEHSAL İSTEHLAK KOOPERATİVİ
VÖEN: 2200181501

Adını və təşkilati-hüquqi formasını dəyişərək YEVLAX RAYON İSTEHSAL-İSTEHLAK KOOPERATİVİNƏ çevrildiyini elan edir.


"AZOREL" MMC
VÖEN: 1700196501

"AZOREL" MMC, "RİAL ST" MMC-nin (VÖEN: 1302144441) ona qoşulması şəklində yenidən təşkli olunur. Qoşulmadan sonra "RİAL ST" MMC-ləğv olunacaq və onun hüquqi varisi "AZOREL" MMC olacaq.


VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur?