Kənd təsərrüfatı istehsalçıları üçün vergi güzəştləri, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər VİDEO

Kənd təsərrüfatı sahəsinə dövlət dəstəyinin davam etdirilməsi və aqrar sektorun inkişafının təşviqi məqsədilə vergi qanunvericiliyində bir sıra dəyişikliklər təklif olunur. Mövcud vergi güzəştlərinin müddətinin uzadılması, güzəştlərin əhatə dairəsinin genişləndirilməsi və 2027-ci ildən yeni vergi mexanizmlərinin tətbiqi nəzərdə tutulur.