VERGİLƏR

sosial-iqtisadi onlayn qəzet
Elanın dərc edildiyi tarix: 13/05/2026 17:01
Ödəniş tapşırığı №: 0
"Unibank Kommersiya Bankı" ASC
VÖEN: 1300017201

“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Səhmdarların İllik Ümumi Yığıncağı 29 iyun 2026-cı il tarixində, saat 15:00-da Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən keçiriləcəkdir. Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur: 1. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin 2025-ci il üzrə kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatlarının təsdiqi; 2. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin 2025-ci il üzrə investisiya qiymətli kağızlarının emitenti olaraq illik hesabatının təsdiqi; 3. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi. Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Hüquq və təşkilati işlər departamenti ilə əlaqə saxlamaqla tanış ola bilərlər. Xahiş olunur ki, öz yerinizə nümayəndə göndərəcəyiniz təqdirdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tərtib edilmiş etibarnaməni Səhmdarların növbədənkənar Ümumi Yığıncağının keçiriləcəyi tarixə qədər bizə təqdim edəsiniz. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti

Vergi ödəyicilərinin nəzərinə!
Elan dərc olunduğu tarixdən 3 (üç) ay ərzində
saytın “Elanlar” bölməsində aktiv olacaq.

Elanın doğruluğuna əmin olmaq üçün
QR-code scan edib, yoxlaya bilərsiniz