29 iyun 2026-cı il tarixində, saat 12:00-da Cəmiyyətin Səhmdarlarının növbəti ümumi yığıncağı Azərbaycan Respublikasında tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının “Səhmdarların ümumi yığıncağının məsafədən (onlayn) keçirilməsinə dair” Təlimatının tələblərinə əsasən, “Microsoft Teams” tətbiqi vasitəsi ilə onlayn formatda həyata keçiriləcəkdir. Onlayn iclasa qoşulmaq qaydası bildiriş vasitəsi ilə səhmdarlara göndərilmişdir. Səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir: I. “Bərdə Broyler” ASC-nin İdarə Heyətinin sədri və Direktorlar Şurası üzvlərinin təyin edilməsi haqqında. II. “Bərdə Broyler” ASC-nin 2025-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması haqqında. III. “Bərdə Broyler” ASC tərəfindən 2025-ci ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi haqqında. IV. Digər məsələlər.