14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fiziki şəxsin uçota alınması

Bu xidmət fiziki şəxsin uçota alınmasını əhatə edir. Xidmət nəticəsində fiziki şəxs uçota alınaraq ona Şəhadətnamə verilir. Uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” təqdim olunur.

Uçota alınma “Fiziki şəxsin uçotu haqqında ərizə” və tələb edilən digər sənədlər vergi orqanına daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda uçota alınması istisna olmaqla) həyata keçirilir və fiziki şəxsin uçotu haqqında şəhadətnamə vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Vergi ödəyicisi tərəfindən şəhadətnamənin kağız daşıyıcısında da verilməsi ərizədə qeyd olunduqda şəhadətnamə fiziki şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə müvafiq jurnala imza atılmaqla təqdim edilir. Bu şəhadətnamə vergi orqanı tərəfindən fiziki şəxsə bir dəfə verilir və onda saxlanılır.

“Fiziki şəxsin uçotu haqqında ərizə”yə aşağıdakı sənədlər əlavə edilir:

- Vergi Məcəlləsinin 33.4-cü maddəsində nəzərdə tutulan fiziki şəxslər üzrə - uçota dayanmaq istəyən fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;

- ailə kəndli təsərrüfatlarının başçıları üzrə - uçota dayanmaq istəyən fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və ailə kəndli təsərrüfatının bələdiyyə orqanlarında uçotuna götürülməsi barədə onun başçısına və ailə üzvlərinə verilən vəsiqənin surəti;

- torpaq mülkiyyətçiləri üzrə - uçota dayanmaq istəyən fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin, torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və "Torpaq sahəsinin planı və ölçüsü"nün surəti.
Şəxsiyyəti təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşları üçün şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün isə Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim olunmuş müvəqqəti və ya daimi yaşamaq hüququ verən icazə vəsiqəsi, qaçqın vəsiqəsidir.

18 yaşına (16 yaşına çatmayanlara VÖEN verilmir) çatmamış şəxslər üçün ərizə ilə birgə müraciət edənin şəxsiyyət vəsiqəsi, valideynlərin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı, belə razılıq olmadıqda isə məhkəmənin qərarı təqdim edilir.

Ərizə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə (Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərindəki xidmət mərkəzləri istisna olmaqla), “ASAN Xidmət” mərkəzlərinə, “KOB evlərinə” təqdim oluna bilər. ƏDV ödəyicisi olacaq fiziki şəxslər isə ərizə ilə birgə “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizə” təqdim etməlidirlər.

Eyni zamanda, xidmət tam elektronlaşdırılıb və İnternet Vergi İdarəsi Portalı vasitəsilə də həyata keçirilir. Bununla yanaşı, Çağrı Mərkəzi (195-1) vasitəsilə adıçəkilən xidmət qismən elektronlaşıb (media subyektləri, torpaq mülkiyyətçiləri və ailə kəndli təsərrüfatının başçılarına münasibətdə istisna olmaqla).

Ətraflı məlumat üçün:

https://www.taxes.gov.az/az/page/xidmet-merkezleri

https://new.e-taxes.gov.az/eportal/az/login

https://www.taxes.gov.az/uploads/2024/telimat/

https://www.taxes.gov.az/az/page/elektron-xidmetler

https://www.taxes.gov.az/az/page/vs2023

Oxşar xəbərlər

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?