25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotuna alınması” xidməti

“İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotuna alınması” xidməti

Bu xidmət Vergi Məcəlləsinin 33.8-ci maddəsinə əsasən, idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotuna alınmasını əhatə edir.

Xidmətdən istifadə etmək üçün vergi ödəyiciləri “VM-nin 33.8-ci maddəsində göstərilən subyektlərin vergi uçotuna alınması barədə ərizə”, qeydiyyata alındığı dövlətdə qeydiyyat (inkorporasiya) sənədi və onun təsisçisi (təsisçiləri) olan xarici hüquqi şəxsin nizamnamə kapitalında birbaşa və ya dolayı yolla paya malik fiziki şəxslər barədə məlumatın da daxil olduğu ticarət reyestrindən çıxarış, təsis sənədləri, Azərbaycan Respublikasında hüquqi ünvanı təsdiq edən sənəd, hüquqi şəxsin rəhbərinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti, Azərbaycan Respublikasında və digər ölkələrdə bilavasitə və ya dolayı yolla nəzarətində olan qurumlar və gəlir mənbələri haqqında DVX tərəfindən müəyyənləşdirilən forma üzrə məlumat, ərizəyə əlavə edilən sənədlərin Azərbaycan dilinə notariat qaydasında təsdiqlənmiş tərcümələri və ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda etibarnamə) ilə birlikdə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi istisna olmaqla) müraciət edə bilərlər.

Xidmətdən istifadə nəticəsində VM-nin 33.8-ci maddəsinə əsasən, xarici dövlətin rezidentinin vergi uçotu haqqında şəhadətnamə vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Həmçinin ərizədə qeyd olunduğu halda şəhadətnamə əlavə olaraq kağız daşıyıcıda verilir.

İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotuna alınması qaydası ilə “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları” vasitəsilə tanış ola bilərsiniz.

Əlavə məlumat üçün: https://www.taxes.gov.az/az/page/vahid-standartlar

Əlaqə üçün: https://www.taxes.gov.az/az/page/elaqe

https://www.taxes.gov.az/az/page/xidmet-merkezleri

Oxşar xəbərlər

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?