25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti

“Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti

Bu xidmət Azərbaycan Respublikasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatının aparılması proseslərini əhatə edir.

Yerli və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilir. Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır.
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı zamanı təsisçi Dövlət Vergi Xidmətinin internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə formasını dolduraraq e-imza ilə təsdiq edir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir.

Elektron dövlət qeydiyyatı zamanı təsisçi hüquqi şəxs qismində yalnız vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olan hüquqi şəxs çıxış edə bilər. Bu zaman təsisçi elektron sənəd formasında yaradılan nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş e-imza ilə təsdiqləyir.

Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Dövlət Vergi Xidmətinin internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə formasını dolduraraq elektron imza ilə təsdiq edir. Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı zamanı təsisçi xarici hüquqi şəxs olduğu təqdirdə, onun qeydiyyatını təsdiq edən sənədlər – ticarət reyestrindən çıxarış, qeydiyyat şəhadətnaməsi və qeydiyyatı təsdiq edən digər əlaqəli sənədlər ərizəyə əlavə olunmalıdır. Elektron şəhadətnamə (apostil) verilmiş xarici rəsmi sənədlər (təsisçi xarici hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənədlər – ticarət reyestrindən çıxarış, qeydiyyat şəhadətnaməsi və qeydiyyatı təsdiq edən digər əlaqəli sənədlər) “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq yoxlanıldıqdan və “Elektron notariat” informasiya sistemi vasitəsilə tərcüməsi notariat qaydasında təsdiq edildikdən sonra sorğu əsasında Dövlət Vergi Xidmətinin informasiya sisteminə ötürülür.

Elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) fəaliyyət sahəsi barədə məlumatı bəyan edir, özünün daxil etdiyi məlumatlara əsasən proqram təminatı tərəfindən hazırlanmış nizamnamə ilə real vaxt rejimində tanış olur və gücləndirilmiş e-imza ilə təsdiqləyir.

Yerli və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə onun elektron kabinetinə göndərilir.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin adi elektron dövlət qeydiyyatı 1 gün, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı 2 gün ərzində həyata keçirilir.

Ətraflı məlumat üçün: https://www.taxes.gov.az/az/page/elektron-xidmetler
https://www.taxes.gov.az/az/page/qeydiyyatprosedurlari
https://www.taxes.gov.az/az/page/elektron

Əlaqə üçün: https://www.taxes.gov.az/az/page/elaqe

Oxşar xəbərlər

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?