25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi ödəyicisinin filial və ya nümayəndəliyinin fəaliyyətinin bərpa edilməsi

Vergi ödəyicisinin filial və ya nümayəndəliyinin fəaliyyətinin bərpa edilməsi

Bu xidmət vergi ödəyicisinin filial və ya nümayəndəliyinin fəaliyyətinin bərpa edilməsini əhatə edir.

Xidmətdən istifadə etmək üçün vergi ödəyiciləri “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında arayışı” ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri, Milli Gəlirlər Baş İdarəsi (yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələrinə müraciət edə bilərlər.

Xidmət tam elektronlaşdırılıb və vergi ödəyicilərinin gücləndirilmiş elektron imzadan istifadə etməklə İnternet Vergi İdarəsi (www.new.e-taxes.gov.az) vasitəsilə elektron qaydada da müraciət etməsi mümkündür. Xidmət nəticəsində vergi ödəyicisinin filial və ya nümayəndəliyinin fəaliyyətinin bərpa edilməsi haqqında bildiriş İnternet Vergi İdarəsi Portalı vasitəsilə elektron kabinetə göndərilir. Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə “Əsli ilə düzdür” möhürü vurulmuş surəti əldə edə bilər.

Ətraflı məlumat üçün:

https://www.taxes.gov.az/az/page/vs2023

https://new.e-taxes.gov.az/eportal/az/login

https://www.taxes.gov.az/az/page/elektron-xidmetler

Oxşar xəbərlər

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?