Almaniyanın Azərbaycandakı səfiri Sumqayıt Sənaye Parkına səfər edib
Sumqayıt Sənaye Parkında keçirilən görüşdə sənaye zonalarında yaradılmış investisiya imkanları, tətbiq olunan güzəştlər və əməkdaşlıq perspektivləri müzakirə olunub.
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkında Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke ilə görüş keçirilib.
Görüşdə sənaye zonalarında, o cümlədən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında investorlar üçün yaradılmış şərait, tətbiq olunan vergi və gömrük güzəştləri, habelə infrastruktur təminatı barədə məlumat verilib. Almaniya şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub, almaniyalı iş adamları Sumqayıt Sənaye Parkında yaradılmış imkanlardan yararlanmağa dəvət ediliblər.
Səfir Dirk Lölke Sumqayıt Sənaye Parkının rezidenti “ASSAN-STP PANEL” MMC-nin müxtəlif təyinatlı sendviç panellərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə də tanış olub.
