23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Xankəndidə Azərbaycan–BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu müzakirə olunub

Xankəndidə Azərbaycan–BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu müzakirə olunub

Xankəndidə BMT-nin yaradılmasının 81-ci ildönümünə həsr olunmuş “Qarabağda DİM anı: Gələcək üçün Azərbaycan–BMT tərəfdaşlığı” mövzusunda yüksək səviyyəli strateji dialoq keçirilib. Qarabağ Universitetində təşkil olunan tədbirdə dayanıqlı inkişaf üzrə əməkdaşlığın prioritetləri, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) Qarabağ iqtisadi rayonunda lokallaşdırılması və regionun inkişafının sürətləndirilməsi imkanları müzakirə olunub.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxışında vurğulayıb ki, Qarabağda bərpa-quruculuq prosesi infrastrukturun yenidən qurulması ilə yanaşı, təhlükəsiz və dayanıqlı məskunlaşmanı, iqtisadi canlanmanı, insan kapitalının inkişafını və ekoloji dayanıqlılığı əhatə edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda "ağıllı şəhər", “agıllı kənd” konsepti əsasında qurulan yaşayış massivləri, nəqliyyat dəhlizləri, yaşıl enerji və sosial layihələr dövlətin bu ərazilərə strateji baxışının təzahürüdür. Həyata keçirilən layihələr regionda yeni iqtisadi fəaliyyət sahələrinin formalaşmasına və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına imkan yaradır. Qeyd edilib ki, Azərbaycan ilə BMT arasında 30 ildən artıq müddətdə formalaşmış tərəfdaşlıq milli inkişaf prioritetlərinin beynəlxalq inkişaf gündəliyi ilə uzlaşdırılmasına və sosial-iqtisadi inkişafın təşviqinə xidmət edir. 2026–2030-cu illər üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi tərəfdaşlığın yeni mərhələsini müəyyən edir. Sənəddə inklüziv sosial-iqtisadi inkişaf və insan kapitalının gücləndirilməsi, ekosistemlərin qorunması, iqlim dayanıqlılığı və yaşıl artım əsas istiqamətlər kimi əhatə olunur.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko çıxışında Qarabağda dayanıqlı inkişafın təşviqində birgə səylərin, güclü tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. Yerli ehtiyaclara uyğun təşəbbüslərin həyata keçirilməsinin önəmi qeyd edilib.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Qarabağda bərpa-quruculuq işlərinin regionun sosial-iqtisadi dirçəlişində, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışında və onların cəmiyyətə reinteqrasiyasında mühüm rolunu vurğulayıb. Müasir infrastrukturun qurulmasının, iqtisadi imkanların genişləndirilməsinin və əhalinin rifahının yüksəldilməsinin regionda uzunmüddətli və dayanıqlı inkişaf üçün əsas şərtlərdən olduğu qeyd edilib.

İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov təqdimatında Azərbaycanın 2030-cu ilədək milli prioritetləri ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin qarşılıqlı əlaqəsini diqqətə çatdırıb. DİM-lərin sosial-iqtisadi transformasiya, insan kapitalının inkişafı və yaşıl keçidin sürətləndirilməsində mühüm rolu vurğulanıb. İşğaldan azad edilmiş dayanıqlı yaşayış imkanlarının yaradılmasının əhəmiyyəti qeyd olunub. DİM-lərin lokallaşdırılması istiqamətində Şuşa və Naxçıvan üzrə yol xəritələrinin hazırlandığı bildirilib.

Həmçinin tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında həyata keçirilən bərpa-quruculuq işləri, infrastrukturun yenidən qurulması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.

Strateji dialoq BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi ofisinin rəhbəri Kanako Mabuçinin moderatorluğu ilə keçirilən panel müzakirə ilə davam edib. “Qarabağ iqtisadi rayonunda DİM-lərin lokallaşdırılması üzrə tərəfdaşlıq, regional əlaqələndirmə və transsərhəd su əməkdaşlığı təşəbbüslərindən istifadə etməklə regionun dayanıqlı inkişafının sürətləndirilməsi” mövzusunda paneldə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Hande Harmancı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Muhammad Nasar Hayat və BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının Dayanıqlı İnkişaf və Əhali Şöbəsinin direktoru Paul Ladd iştirak ediblər.

Paneldə Qarabağ iqtisadi rayonunda DİM-lərin lokallaşdırılması, regional əməkdaşlığın əlaqələndirilməsi və transsərhəd su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin regionda bərpa və dayanıqlı inkişaf təşəbbüslərinin həyata keçirilməsində beynəlxalq tərəfdaşlığın rolu diqqətə çatdırılıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?