25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
"Sıfır faiz (0%) dərəcəsi ilə ƏDV-yə cəlb olunma haqqında" sertifikatın verilməsi

"Sıfır faiz (0%) dərəcəsi ilə ƏDV-yə cəlb olunma haqqında" sertifikatın verilməsi

Bu xidmət sıfır faiz (0%) dərəcəsi ilə ƏDV-nə cəlb olunma haqqında Sertifikatın verilməsini əhatə edir. Sözügedən sertifikatın verilməsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Podratçı Tərəflər arasında imzalanmış Azərbaycan sektorunda neft yataqlarının hasilatının pay bölgüsü haqqında Sazişlərə dair "Əlavə Dəyər Vergisi haqqında Protokol"a əsaslanır. Xidmətdən istifadə etmək üçün vergi ödəyiciləri müvafiq ərizə ilə Milli Gəlirlər Baş idarəsinə və ya burada yerləşən xidmət mərkəzinə müraciət edə bilərlər.

Xidmət tam elektronlaşdırılıb və vergi ödəyiciləri gücləndirilmiş elektron imzadan istifadə etməklə İnternet Vergi İdarəsi üzərindən (www.e-taxes.gov.az) Dövlət Vergi Xidmətinə elektron müraciət edə bilərlər. Bu halda vergi ödəyicisinə Sertifikatın qəbul edilməsi haqqında bildiriş göndərilir.

Ətraflı məlumat üçün:

https://www.taxes.gov.az/az/page/vs2023
https://login.e-taxes.gov.az/login/
https://www.taxes.gov.az/az/page/elaqe

Oxşar xəbərlər

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?