23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Zərgərlik sahəsində yeni dövlət standartları qəbul edilib

Zərgərlik sahəsində yeni dövlət standartları qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 1018:2026 (ГОСТ 6836-2002) “Gümüş və gümüş əsaslı ərintilər. Markalar” və AZS 1019:2026 (ГОСТ 13498-2010) “Platin və platin əsaslı ərintilər. Markalar” adlı yeni dövlət standartları qəbul edilib.

Dövlət Agentliyinin məlumatına görə, standartların qəbul edilməsində əsas məqsəd gümüş və platindən hazırlanan məhsulların kimyəvi tərkibinin və saflıq dərəcəsinin müəyyən edilməsi və markalanmasında vahid yanaşmanı təmin etməkdir.

Sözügedən standartlar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin bazasında fəaliyyət göstərən “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırılma üzrə Texniki Komitənin (AZSTAND/TK 36) təqdimatı əsasında AZSTAND tərəfindən qəbul olunaraq Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?