25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qeyri-kommersiya hüquqi şəxsin vergi uçotundan çıxarılması

Qeyri-kommersiya hüquqi şəxsin vergi uçotundan çıxarılması

Bu xidmət qeyri-kommersiya hüquqi şəxsin vergi uçotundan çıxarılmasını əhatə edir. Xidmət nəticəsində qeyri-kommersiya hüquqi şəxs vergi uçotundan çıxarılır və bu barədə ona bildiriş verilir.
Xidmətdən istifadə etmək üçün vergi ödəyiciləri ərizə, qurumun ləğvetmə mərhələsində olduğunu təsdiq edən müvafiq qeydiyyat orqanının verdiyi rəsmi məlumat (reyestrdən çıxarış), qurumun ləğv edilməsi barədə təsisçilərin qərarı və vergi ödəyicisinin uçota alınması barədə şəhadətnamənin əsli ilə birgə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri, Milli Gəlirlər Baş İdarəsi (yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələrinə müraciət edə bilərlər.

Vergi ödəyicisindən əlavə olaraq ərizə ilə birlikdə və ya ərizə verildikdən sonra əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv olunmasına dair ərizə (hüquqi şəxs ƏDV qeydiyyatında olduqda), vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) bağlanması haqqında arayış (təsərrüfat subyekti olduqda), nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə (NKA-sı olduqda), POS- terminal olduqda qeydiyyatdan çıxarılmaqla, vergi ödəyicisinin aktiv bank hesablarının bağlanılmasına dair məlumat, ləğvetmə balansı, yekun bəyannamələr və təqdim edilməmiş bəyannamələr (mövcud olduqda) tələb oluna bilər.

Əlaqə üçün:
https://www.taxes.gov.az/az/page/elaqe
https://www.taxes.gov.az/az/page/vs2023

Oxşar xəbərlər

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?