Oqtay Yaqubov: “Yaşıl iqtisadiyyatın stimullaşdırılmasında vergi siyasətinin rolu böyükdür” MÜSAHİBƏ
Bu yaxınlarda Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum keçirilib. Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə karbon qiymətlərinin müəyyənləşdirilməsi mexanizmləri, onların tətbiqi ilə bağlı beynəlxalq təcrübə və yeni yanaşmalar müzakirə olunub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş idarəsi rəisinin müavini Oqtay Yaqubov “İqtisadi zona” proqramına müsahibəsində karbon qiymətqoyma alətləri və bu sahədə tətbiq olunan beynəlxalq trendləri açıqlayıb.














