Bəxtiyor Erqaşev: “Azərbaycanın xarici iqtisadi siyasəti coğrafi mövqeyinin üstünlüklərindən istifadə etməyə yönəlib” MÜSAHİBƏ
Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev son 11 ay ərzində Özbəkistana üç dəfə səfər edib. İyunun 21-22-də Azərbaycan Prezidenti bu ölkədə dövlət səfərində olub, sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilən sammitinə fəxri qonaq qismində qatılıb, noyabrın əvvəllərində isə Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında iştirak edib. Belə səfərlər zamanı əldə olunan razılaşmalar Mərkəzi Asiya ölkələri ilə münasibətlərimizin gələcək konturlarını müəyyən edir. Ölkələrimiz arasında əməkdaşlığa dair “vergiler.az”ın suallarını Özbəkistanın “Məna” Araşdırma Təşəbbüsləri Mərkəzinin direktoru Bəxtiyor Erqaşev cavablandırır.




.jpg)









