25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək müqaviləsi və ya ona dəyişikliklər hansı halda hüquqi qüvvəyə minir?

Əmək Məcəlləsinin 49-cü maddəsinin birinci hissəsinə əsasən, bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.

İqtisadçı ekspert Anar Bayramov bu maddə ilə bağlı diqqət yetirilməli olan məqamlara aydınlıq gətirir. 

Birinci məqam elektron əmək müqaviləsinin imzalanmasında istisnaların olmasıdır. Əmək Məcəlləsinin 49-cu maddəsinin ikinci və üçünçü hissələri, müvafiq olaraq, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli 206 nömrəli fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) siyahısı" üzrə halları tənzimləyir. Qeyd edilən qanunvericiliyə uyğun olaraq, əmək müqavilələrinin hüquqi qüvvəyə minməsi ilə bağlı fərqli yanaşmalar tətbiq edilir.

İkinci məqam əmək müqaviləsi və ya ona dəyişikliklərin hər iki tərəfdən gücləndirilmiş elektron imza ilə imzalanması tələbinin olmasıdır. Əmək Məcəlləsində edilmiş son dəyişikliyədək işəgötürən və işçi arasında əmək müqaviləsi kağız formada imzalanırdı. İşəgötürən ƏMAS altsistemində tələb olunan məlumatları daxil etdikdən sonra sənədi yalnız özü elektron imza ilə imzalayırdı. Həmin prosesdən sonra dövlət qurumu tərəfindən əmək müqaviləsi bildirişi göndərilməsi ilə əmək müqaviləsi hüquqi qüvvəyə minirdi.

Yeni dəyişiklikdən sonra prosesin həyata keçirilməsi ardıcıllığı aşağıdakı kimi müəyyən edilib:

- işəgötürən ƏMAS altsistemində elektron əmək müqaviləsi hazırlayır;

- hazırlanmış əmək müqaviləsi qeydiyyata alındıqdan sonra təsdiq üçün işə qəbul olunacaq şəxsə göndərilir;

- işə qəbul olunan şəxs ƏMAS altsisteminə daxil olub, elektron kabinetində işəgötürən tərəfindən göndərilən əmək müqaviləsini gücləndirilmiş elektron imza ilə imzalayır;

- işçi tərəfindən imzalanmış əmək müqaviləsi işəgötürən tərəfindən elektron imza ilə imzalandıqdan sonra əmək müqaviləsi hüquqi qüvvəyə minmiş hesab edilir.

Bir məlumatı da qeyd edək ki, ƏMAS altsistemində edilmiş son dəyişikliklər nəticəsində əmək müqaviləsinin bağlanma tarixi avtomatik olaraq müəyyən edilib. Bu zaman işəgötürən tərəfindən əmək müqaviləsinin bağlanması tarixinə hər hansı müdaxiləyə məhdudiyyət qoyulub.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?