19 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi sirri nədir və onu qorumayan işçini hansı cəza gözləyir?

Vergi sirri nədir və onu qorumayan işçini hansı cəza gözləyir? MƏQALƏ

Әmək müqaviləsinə xitam zamanı işçilər üçün ən arzuolunmaz əsaslardan biri Әmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi hesab edilir. Həmin müddəaya əsasən, işçi Әmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onun əmək müqaviləsinə xitam verilə bilər.

Әmək Məcəlləsində edilən son dəyişikliklər zamanı 72-ci maddədə nəzərdə tutulan hallardan birinə düzəliş edilib, eyni zamanda yeni məzmun əlavə olunub.

Yeniliyi “vergiler.az”-a iqtisadçı ekspert Anar Bayramov şərh edir. 

Dəyişikliyə qədər Әmək Məcəlləsinin 72-ci maddəsinin “d” bəndində qeyd edilirdi ki, işçinin qəsdən istehsal, kommersiya və ya dövlət sirrini yayması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. Son dəyişiklik zamanı isə “qəsdən istehsal, kommersiya və ya dövlət” sözləri “dövlət, kommersiya və (və ya) vergi” sözləri ilə əvəz edilib. Beləliklə, dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması halı kimi müəyyən edilib.

İndi isə dəyişikliklə bağlı bəzi vacib məqamlara diqqət yetirək. Әsas məqamlardan biri “qəsdən” sözünün çıxarılmasıdır. Çünki praktikada işçinin dövlət, kommersiya və ya vergi sirrini qəsdən, yoxsa ehtiyatsızlıqdan yayması məsələsi tez-tez məhkəmə predmetinə çevrilirdi.

Misal 1: İşəgötürən 2025-ci ildə müəyyən edir ki, işçi işəgötürənin kommersiya sirrinin yayılmasına yol verib. Belə ki, işçi öz sosial şəbəkə hesabında müəssisəyə aid kommersiya sirrini ictimai istifadə üçün paylaşıb. İşçi isə bildirir ki, bu paylaşım qəsdən deyil, ehtiyatsızlıqdan baş verib. Öncəki redaksiyada “qəsdən” ifadəsi yer aldığından, işəgötürən həmin hərəkətin qəsdən törədildiyini sübut etməli idi. Yeni dəyişiklikdən sonra isə kommersiya sirrinin yayılması faktı aşkar edildikdə, bunun qəsdən və ya ehtiyatsızlıqdan baş verməsi ayrıca sübut predmeti olmaya bilər.
Digər vacib məqam vergi sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsinin ayrıca hal kimi təsbit edilməsidir. Belə ki, Әmək Məcəlləsinin 72-ci maddəsinin “d” bəndində artıq üç növ sirr nəzərdə tutulur: dövlət, kommersiya və vergi sirri.

“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, dövlət sirri dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olan, yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən və dövlət tərəfindən mühafizə edilən məlumatlardır.

“Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə görə, kommersiya sirri hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və digər fəaliyyəti ilə bağlı olub, sahibinin razılığı olmadan açıqlanması onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır.

Vergi sirri isə Vergi Məcəlləsinin 30-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, aşağıda göstərilən hallar istisna olmaqla, vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur:

- vergi ödәyicisinin razılığı ilә açıqlanan mәlumatlar;

- vergi ödәyicisinin eynilәşdirmә nömrәsi vә tәsәrrüfat subyektinin uçot kodu;

- müәssisәnin nizamnamә fondu (nizamnamә kapitalı);

- vergi qanunvericiliyinin pozulması vә bu pozuntulara görә mәsuliyyәt tәdbirlәri;

- vergilәr, mәcburi dövlәt sosial sığorta, işsizlikdәn sığorta vә icbari tibbi sığorta haqları üzrә borclar;

- hüquqi şәxslәrin dövlәt reyestrindә olan mәlumatlar (kommersiya hüquqi şәxslәrin tәsisçilәri, onların nizamnamә kapitalındakı payları vә benefisiar mülkiyyәtçilәri barәdә mәlumatlar istisna olmaqla);

- vergi ödәyicisinin ƏDV mәqsәdlәri üçün qeydiyyatda olub-olmaması;

- sahibkarlıq fәaliyyәtinin vә ya digәr vergi tutulan әmәliyyatların dayandırılıb-dayandırılmaması;

- vergi ödәyicisinin riskli vergi ödәyicisi olub-olmaması vә bu hallarla bağlı qәbul edilәn qәrarlar.

Qeyd edilən siyahıda göstərilən məlumatlar vergi sirri hesab edilmir.

Misal 2: İki təsisçi nizamnamə kapitalı 100 manat olan hüquqi şəxs yaradır. Həmin hüquqi şəxsin 20.000 manat vergi borcu mövcuddur və 2026-cı il ərzində 100.000 manat məbləğində vergi ödəyib. Bu məlumatlardan təsisçilər barədə məlumat və il ərzində ödənilmiş vergi məbləği vergi sirri hesab olunur. Nizamnamə kapitalı və vergi borcu barədə məlumatlar isə Vergi Məcəlləsinin 30-cu maddəsinə əsasən vergi sirri sayılmır.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?