27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Neftçala rayonunda yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

Neftçala rayonunda yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ölkənin balıqçılıq sektoruna aid olan dövlətə məxsus əmlak kompleksinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi uğurla yekunlaşdırılıb. Müsabiqə qalibi 10 mln. manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəlik götürüb.

Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin sağlamlaşdırılması və özəlləşdirilməsi istiqamətində tədbirləri davam etdirir. Bu istiqamətdə investisiya müsabiqələri dövlət əmlakına sərmayənin cəlb olunması, istehsal potensialının bərpası, müasir texnologiyaların tətbiqi və yeni iş yerlərinin yaradılması baxımından mühüm mexanizmlərdən biri hesab olunur.

Neftçala rayonu, Sübh kəndində yerləşən əmlak kompleksinin (keçmiş Kür-Ağzı Nərə Balıqartırma zavodunun) satışı üzrə elan edilmiş investisiya müsabiqəsinə bu ilin 21 oktyabr tarixində yekun vurulub. Həmin tarixdə müsabiqə komissiyası tərəfindən iddiaçıların təklif zərfləri açılıb, “Rail Trans Service” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan olunub. 12 noyabr 2026-cı il tarixində müsabiqə qalibi ilə müvafiq alqı-satqı müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, investor digər maliyyə-iqtisadi və sosial öhdəliklərlə yanaşı, dövlət büdcəsinə 2,2 mln. manat məbləğində vəsaitin köçürülməsi, habelə 3 il ərzində müəssisəyə 10 mln. manat həcmində investisiya qoyuluşuna dair İnvestisiya Proqramının icrasını öhdəsinə götürüb.

Həmin İnvestisiya Proqramı çərçivəsində investor tərəfindən kompleksdə təmir-tikinti işləri aparılacaq, 40 nohur tamamilə bərpa ediləcək, Qapalı Su Dövriyyəsi sistemi qurulacaq, yeni texnoloji avadanlıqlar quraşdırılacaq, törədici balıqlar, xammal, material, nəqliyyat vasitələri və texnikalar alınacaqdır.

Layihə çərçivəsində müxtəlif balıq və balıqçılıq məhsullarının istehsalı nəzərdə tutulur. Belə ki, nohur təsərrüfatında əsasən çəki, naqqa, qayabalığı və ağ amur, Qapalı Su Dövriyyəsində isə Sibir nərəsi və qara kürü istehsalının təşkili planlaşdırılır. Həmçinin müəssisədə soyudulmuş və hisə verilmiş balıq məhsullarının istehsalı da nəzərdə tutulur. Həyata keçiriləcək investisiya qoyuluşları nəticəsində müəssisədə 150 iş yerinin yaradılması planlaşdırılır.

Sözügedən layihə ölkənin balıqçılıq sənayesinə özəl sərmayələrin cəlb edilməsi və sektorun müasir tələblər səviyyəsində inkişafı baxımından əhəmiyyətlidir. Müəssisənin yenidən qurulması ilə Neftçaladakı balıqartırma zavodunun istehsal potensialı artırılacaq, daxili bazarı balıq məhsulları ilə təmin etmək, həmçinin ixrac imkanı yaranacaq.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?