Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev Beyləqan şəhərində vətəndaşları qəbul edəcək
Beyləqan, Ağcabədi və İmişli rayonları sakinlərinin nəzərinə!
Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev 11 dekabr 2026-cı il tarixində saat 11:00-dan etibarən 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Beyləqan şəhəri, SMD-42 qəsəbəsi) Beyləqan, Ağcabədi və İmişli rayonlarının sakinlərini qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 27.11.2026-09.12.2026-cı il tarixlərində Beyləqan şəhərində 8 saylı Ərazi Vergilər İdarəsinə, habelə Beyləqan, Ağcabədi və İmişli Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya Xidmətin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşların müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.
