Əsas investor ölkələrin siyahısı açıqlanıb
2026-cı ilin yanvar-oktyabr aylarında xarici dövlətlərin və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala 3 833,5 milyon manat investisiya yatırılıb.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrünə nisbətdə bu göstərici 17,4 faiz artıb.
Əsas investor ölkələr:
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
- Türkiyə
- Rusiya
- ABŞ
- Birləşmiş Ərəb Əmirlikləri
- İsveçrə
- Yaponiya
- İran
- Macarıstan
- Fransa
- Hindistan
- Çin
