25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əsas vəsaitlər dövlət qurumları və ya fondlara əvəzsiz verilərsə, ƏDV məbləği əvəzləşdirilirmi?

Əsas vəsaitlər dövlət qurumları və ya fondlara əvəzsiz verilərsə, ƏDV məbləği əvəzləşdirilirmi?

Qanunvericiliyə əsasən, dövlət orqanlarına və sosial fondlara  bağışlanan əmlaklara görə vergi hesablanmır. Ancaq həmin əmlakların əldə edilməsi üçün xərclənən ƏDV məbləğlərinin əvəzləşdirilməsi aktual olaraq qalır. Mövzunu “vergiler.az”a iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.  

Vergi Məcəlləsinin 160.4-cü maddəsinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən daşınar və daşınmaz əmlakların, qeyri-maddi aktivlərin, habelə əmlak kompleksi şəklində müəssisələrin dövlət orqanlarına (qurumlarına), eləcə də siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verilməsi vergi tutulan əməliyyat sayılmır.

Sahibkarları düşündürən əsas məqamlardan biri də bu prosesi həyata keçirən zaman alınan əsas vəsaitlərə görə ödənilən ƏDV məbləğinin əvəzləşdirilməsi ilə bağlıdır. Bəs bu mümkündürmü?

Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən, cari ildə alınan əsas vəsaitlər (daşınar və daşınmaz əmlaklar) dövlət qurumlarına və ictimai məqsədlər üçün yaradılmış fondlara əvəzsiz verilsə də, onlara görə qarşı tərəfə ödənilən 18 faizlik ƏDV məbləği əvəzləşdirilə bilər.

Misal: Müəssisə 2025-ci ilin avqust ayında əsas məbləği 100.000 manat, ƏDV məbləği 18.000 manat olan nəqliyyat vasitəsini qanunvericiliyə müvafiq formada ödəniş edərək alıb. Həmin nəqliyyat vasitəsini cari ayda dövlət qurumuna əvəzsiz olaraq verib.

Avqust ayı üzrə ƏDV bəyannaməsi:

Əlavə 3-cü bölmə 2-ci hissə

ƏDV-yə cəlb edilməyən məbləğ = 100.000 manat (təqdim etmə və daxil olma xanası)
Əvəzləşdirilən məbləğ (318-ci xana) = 18.000 manat olacaq.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?