15 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sənədlərdə dəyişiklik baş verdikdə vergi ödəyicilərinin atacağı addımlar

Mövzunu “vergiler.az”a iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir. 

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər hansı sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsində isə göstərilib ki, dəyişikliyin qeydiyyata alınması üçün dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim olunmalıdır. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır.

Kommersiya və publik hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktlarının hər hansı sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün dəyişikliyin baş verdiyi andan 40 iş günündən gec olmayaraq, "Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında" və ya "Publik hüquqi şəxsin qeydiyyatı haqqında" ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim olunmalıdır. Kommersiya və publik hüquqi şəxsin nizamnaməsindəki məlumatlarda baş vermiş dəyişiklik faktının dövlət qeydiyyatına alınması zamanı aşağıdakı sənədlər təqdim olunur:

- Ərizə;

- Təsisçinin (təsisçilərin) qərarı;

- Nizamnaməyə dəyişiklik;

- Təsisçi dəyişikliyi zamanı yeni təsisçinin (təsisçilərin) şəxsiyyətini təsdiq edən sənəd;

- Hüquqi ünvan dəyişikliyi zamanı yeni hüquqi ünvanı təsdiq edən sənəd;

- Ərizə səlahiyyətli şəxs tərəfindən təqdim olunduqda onun səlahiyyətini təsdiq edən sənəd.

Dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması zamanı aşağıdakı sənədlər təqdim olunmalıdır:

- Ərizə;

- Təsisçinin (təsisçilərin) qərarı;

- İdarəetmə orqanlarının tərkibində (rəhbər, idarə heyətinin və müşahidə şurasının üzvləri) dəyişiklik olunduqda həmin şəxslərin şəxsiyyətini təsdiq edən sənəd;

- Ərizə səlahiyyətli şəxs tərəfindən təqdim olunduqda onun səlahiyyətini təsdiq edən sənəd.

Bu ərizələrin bir çoxunu elektron qaydada “e-taxes.gov.az” saytından əldə edə bilərsiniz. Dəyişiklik barədə 40 iş günü müddətində qeydiyyat orqanına müraciət olunmaması İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Həmçinin, Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən 40 manat cərimə tətbiq edilir.

Kommersiya və publik hüquqi şəxslərin adının dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması zamanı qeyd olunan sənədlərlə yanaşı, həmin hüquqi şəxslərin möhürü və şəhadətnaməsi qeydiyyat orqanına təhvil verilməlidir. Möhür itirildiyi halda, bu barədə mətbuatda dərc edilmiş elan və onun tapılmaması haqqında Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayış təqdim olunmalıdır.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?