3 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Digər şirkətlərdən işçilərin cəlb edilməsinə görə ödənilən xidmət haqları ƏDV-yə cəlb edilirmi? MƏQALƏ

Bir çox hallarda sahibkarlıq subyekləri layihələrin icrası zamanı digər subyektlərdən xidmətlər alırlar. Bəzi hallarda isə hətta digər şirkətlərdən işçiləri öz layihələrinə cəlb edirlər. Bəs bu halda göstərilən xidmətlərin qarşılığında ödənilən haqlar ƏDV-yə cəlb edilirmi? Həmin xidmətlər necə rəsmiləşdirilir?

vergiler.az”-ın suallarına iqtisadçı ekspert Mahmud Abasquliyev aydınlıq gətirir. 

Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinə əsasən, xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyətdir.

ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət, habelə torpaqdan istifadə hüququnun başqasına verilməsi, torpağın icarəyə verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur.

Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir.

Burada diqqət ediləsi əsas məqam ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət, habelə torpaqdan istifadə hüququnun başqasına verilməsi, torpağın icarəyə verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsinin istisna olunmasıdır. Bunu nümunə üzərindən daha aydın izah edə bilərik.

Misal: Tutaq ki, “AA” MMC podrat müqaviləsi üzrə tenderi qazanıb. Bu layihəni vaxtında icra etmək üçün ona əlavə işçi heyəti lazmdır. Ona görə də “AA” MMC “ZZ” MCC-yə müraciət edərək ondan əmək müqaviləsi olan 10 nəfər işçini müəyyən müddət çərçivəsində “AA” MMC-yə xidmət göstərməsini xahiş edir. Bu halda şirkətlər arasında 2 müqavilə bağlamalıdır. Müqavilənin biri işçilərərin dəvət edilməsi və əməkhaqlarının ödənilməsi ilə bağlıdır. Həmin müqavilədə görüləcək işin adı, sahəsi, vaxtı, işə cəlb ediləcək işçilərin siyahısı (FİN nömrələri qeyd edilməklə) və əmək müqaviləsində göstərilən qross əməkhaqqının məbləğini göstərmək və hər bir işçinin işləyəcəyi saatları qeyd etmək vacibdir. Tutaq ki, adıçəkilən şirkətlər arasında bağlanan bu müqavilənin aylıq dəyəri 30.000 manatdır. Eyni zamanda “ZZ” MMC “AA” MMC ilə əlavə xidmət haqqının alınması ilə bağlı ayrıca daha bir müqavilə bağlayır. Bununla şirkət işçiləri digər şirkətə verməklə göstərdiyi xidmətin haqqını alacaq. Bu müqavilənin aylıq dəyəri isə 5.000 manatdır. Nəzərə alaq ki, hər 2 şirkət ƏDV ödəyicisidir.

Bundan sonra “ZZ” MMC-nin işçiləri “AA” MMC-də işləməyə başlayır. Hər ay bitəndən sonra “ZZ” MMC elektron qaimə-faktura yazır. Sənəddə 2 bənd qeyd etməlidir. Onlardan birində MMC-nin özünə çatacaq xidmət haqqı məbləğini qeyd edəcək və onu ƏDV-yə cəlb edəcək. Digərində isə işçilərə əməkhaqqı kimi veriləcək məbləği qeyd edəcək. Bu məbləğ ƏDV-yə cəlb edilməyəcək.

“AA” MMC 5.000 manat + ƏDV məbləğini “ZZ” MMC-yə ödəyəcək. Əlavə olaraq, işçilərin əməkhaqqısı üçün nəzərdə tutulan 30.000 manatı da “ZZ” MMC-yə ödəyəcək. “ZZ” MMC 5.000 manat məbləği ƏDV bəyannaməsində Əlavə 3-də qeyd edərək ƏDV məbləğini dövlət büdcəsinə ödəyəcək. 30.000 manatı isə ƏDV-yə cəlb edilməyən məbləğ kimi göstərəcək. Həmin məbləği işçilərin maaş kartına, eləcə də sosial tutulmalara yönləndirməlidir.

Göründüyü kimi, burada 30.000 manata görə ƏDV öhdəliyi yaranmadı. “ZZ” MMC mənfəət vergi bəyannaməsində həmin məbləği həm gəlirdə, həm də xərcdə göstərəcək və gəlirdən çıxılan xərc kimi qeyd edəcək.

Xidmət haqqı kimi alınan 5.000 manatı isə gəlir kimi qeyd edəcək və 20% mənfəət vergisinə çıxılacaq.

“AA” MMC isə həm 30.000 manatı, həm də 5.000 manatı xərc kimi hesabatlarda göstərəcək.

Burada əsas diqqət yetiriləcək məqam odur ki, görüləcək işin detalları müqavilədə yazılmalıdır. Bununla gələcəkdə vergi orqanları ilə mübahisəli məqamların yaranmasının qarşısı alınacaq.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?