25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Mikro sahibkarlara daha bir güzəşt – MDSS məbləği qədər azalma

Mikro sahibkarlara daha bir güzəşt – MDSS məbləği qədər azalma

Vergi Məcəlləsində edilmiş son dəyişikliyə əsasən, 2024-cü il yanvarın 1-dən 3 il müddətində mikro sahibkar olan fərdi sahibkarların özlərinə görə ödədikləri illik məcburi dövlət sosial sığorta haqları növbəti illərdə onların ödəyəcəyi vergi məbləğində nəzərə alınacaq. Dəyişikliyin mahiyyətini “vergiler.az”a “Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə şərh edir.

Bildiyimiz kimi, fərdi sahibkar, fəaliyyətindən asılı olaraq, sadələşdirilmiş və ya gəlir vergisi ödəyicisi ola bilər. Bu güzəşt hər iki halda tətbiq ediləcək. Gəlir vergisi illik olduğu üçün güzəşt ilin sonunda, sadələşdirilmiş vergi rüblük olduğu üçün güzəşt rübün sonunda nəzərə alınacaq.

Vergi Məcəlləsinin 152.3 maddəsinə əsasən, gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədikləri illik məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi ödəyicisinin təqvim ilinin yekunlarına görə hesablanmış və əvvəlki illərin zərəri çıxılmaqla ödənilməli olan gəlir vergisi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılır.

Misal 1: Fərdi sahibkar olan şəxs gəlirindən xərcini çıxmaqla əldə etdiyi mənfəətdən 4.000 manat vergi hesablayıb. O, ilin bütün aylarında Bakı şəhərində fəaliyyət göstərib, buna görə də hər ay 86.25 manat məcburi dövlət sosial sığorta haqqı ödəyib. Fərdi sahibkarın illik ödədiyi sığorta haqqı (MDSS) 1.035 manatdır:

86.25 x 12 manat.

Nəzərə alınacaq güzəşt: 1.035 x 25% = 258.75 manat:

Ödəniləcək vergi: 4.000 - 258.75 = 3.741,25 manat.

Şəxs əgər ilin 5 ayında fəaliyyət göstəribsə, bu zaman onun ödədiyi MDSS haqqı 431.25 manat olacaq.

86.25 x 5 – 431.25 manat.

Bu halda nəzərə alınacaq güzəşt 107.81 manat olacaq:

431.25 x 25% 107.81 manat.

Vergi Məcəlləsinin 221.1-1-ci maddəsinə əsasən, sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslərin özlərinə görə ödədikləri rüblük məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi ödəyicisinin rüb ərzində hesablanmış sadələşdirilmiş vergi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılır.

Misal 2: Fərdi sahibkarın 2024-cü ilin 2-ci rübü üzrə hesablanış sadələşdirilmiş vergi məbləği 300 manatdır. O, rübün bütün aylarında Bakı şəhərində fəaliyyət göstərib və 258.75 manat MDSS haqqı ödəyib:

86.25 x 3 = 258.75 manat.

Nəzərə alınacaq güzəşt: 258.75 x 25% = 64.69 manat;

Ödəniləcək vergi: 300 - 64.69 = 235.31 manat.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?