Azərbaycanın turizm potensialı İtaliya və İspaniyada təqdim edilib
23-26 noyabr tarixlərində Barselona, Roma və Milanda Azərbaycanın turizm potensialına dair təqdimatlar və B2B görüşlər keçirilib. Dövlət Turizm Agentliyinin məlumatına görə, tədbirlərin hər birində 40-a yaxın şirkət iştirak edib. B2B formatında keçirilən müzakirələrdə yeni turizm məhsulları və əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Qeyd edək ki, İspaniya və İtaliya ilə Azərbaycan arasında birbaşa hava əlaqələri turistlərin ölkəyə səfərlərini asanlaşdırır. Hazırda AZAL Barselonadan Bakıya həftədə dörd dəfə, Milandan isə gündəlik uçuşlar həyata keçirir. “Wizz Air” aviaşirkəti isə Romadan Bakıya həftədə üç dəfə birbaşa uçuşlar təşkil edir.
