Pərakəndə elektron ticarət dövriyyəsində artım var
Bu ilin yanvar-oktyabr aylarında ölkə üzrə pərakəndə elektron ticarət dövriyyəsinin həcmi 205,6 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətdə real ifadədə 0,9 faiz çoxdur.
Hesabat dövründə ölkə üzrə pərakəndə ticarət dövriyyəsi 57 523,4 milyon manat olub ki, onun da 0,36 faizi informasiya sistemlərindən (internet, ekstranet və s.) istifadə edilməklə malların alqı-satqısı üzrə həyata keçirilən fəaliyyət sayəsində formalaşıb.
